Əl-Nət və ya Beta Tauri, həmçinin Buğa Betası — Buğa bürcündə yerləşən ulduz. Buğa bürcünün ikinci ən parlaq ulduzu, ulduz təsnifatında B7 mavi-ağ nəhəng ulduzdur. Ulduz təxminən 130 işıq ili uzaqlıqdadır və görünən ulduz ölçüsü +1.65-dir.
Ulduzun adı ərəbcə "döyən" mənasını verən النطح an-naţħ sözündən gəlir. Bu, "Buğanın dönən buynuzu"na aiddir.
Ptolemeyin "Əl-Məcisti" əsərində onu "şimal buynuzunun ucundakı, Arabaçı bürcünün sağ ayağındakı ulduzla eyni olan bir ulduz" kimi təsvir edir. Bu, bir ulduzun eyni anda iki bürcə aid olduğu düşünülən hallardan biridir. Müasir bürc konsepsiyasında bu mümkün deyil. Ərəblər ulduzu "Reynholderin topuğu" (Auriga) kimi təsvir edirdilər.
Əl-Nət Günəşdən 4,5 dəfə kütləli, radiusu isə Günəşdən 5-6 dəfə böyükdür. Parlaqlığı Günəşdən 700 dəfə böyük, səth temperaturu isə 13600 K-dir. Günəş sistemindən 9 km/s sürətlə uzaqlaşır. Kimyəvi cəhətdən özünəməxsus civə-manqan ulduzları sinfinə aiddir.
İstinadlar
Xarici keçidlər
Jim Kaler's Stars: Elnath Uzun Pozla Arabacı Takımyıldızı 5 Mart 2010 - Günün Gökbilim Görüntüsü, Murat TUNÇAY - Tahir ŞİŞMAN
Kateqoriya:HR cisimləri Kateqoriya:HIP obyektləri Kateqoriya:Arabaçı bürcü