Əbül-Muin Meymun ibn Məhəmməd ibn Məhəmməd ibn Mötəmid ən-Nəsəfi (; ) — Əbu Mənsur əl-Maturidinin qurmuş olduğu sünni kəlam məktəbini inkişaf etdirmiş Hənəfi alim.
Həyatı Hicri 438-ci (1047) ildə anadan olmuşdur. Künyəsi bəzi mənbələrdə Əbül-Main şəklində oxunsa da, doğrusu Əbül-Muindir. İkinci babası Mötəmidin də künyəsi Əbül-Muin olduğundan ən-Nəsəfi babası ilə səhv salınmışdır.
Müəllimləri haqqında heç bir məlumat yoxdur. Səmərqəndə və Buxaradakı Maturidi-Hənəfi alimlərindən təhsil aldığı güman edilir. Mənbələrdə atası ilə babasının Hənəfiliyə xidmət edən alimlər olduğu qeyd edilmişdir.
Əbül-Muin ən-Nəsəfiyə tələbəlik etmiş alimlər isə bunlardır: Əbu Həfs ən-Nəsəfi, Ələddin əs-Səmərqəndi, Əhməd əl-Pəzdəvi, İsmayıl ibn Ədi ət-Tələqani, Əhməd ibn Fərəh əs-Suğdi və Əbül-Həsən əl-Bəlxi.
Tələbəsi Əbu Həfs ən-Nəsəfinin bildirdiyinə görə, o, Zilhiccə ayının 25-i hicri 508-ci (22 Mayıs 1115) ildə, (çox güman ki,) Buxarada vəfat etmişdir.
Kəlam elmindəki yeri Ələddin əs-Səmərqəndiyə görə o, kəlam elmində sünniliyə, fiqhdə isə hənəfiliyə böyük xidmətlər göstərmiş bir alimdir.
Əbu Həfs ən-Nəsəfinin "əl-Əqaid" əsərinin "Təbsirətül-ədillə"nin bir xülasəsi mahiyyətində olması, Əbül-Muin ən-Nəsəfinin etiqadi-görüşlərinin nə dərəcə təsirli olduğunun əyani sübutudur. Ələddin əs-Səmərqəndi bildirir ki, Əbu Mənsur əl-Maturidinin "Təvilətül-Quran" əsərinə yazdığı şərh əslində onun müəllimi Əbül-Muinin dərslərdə verdiyi izahlardan ibarətdir. O, bu izahların itib-batmasının qarşısını almaq məqsədilə onları "Şərhu Təvilətil-Quran" adlı bir kitabda cəmləyərək öz adına nisbət etmişdir.
Əbül-Muin ən-Nəsəfi, Maturidiyyənin ikinci banisidir və Maturidiyyəyə mənsub alimlər onun "Təbsirətül-ədillə" əsərini mühüm bir mənbə hesab edirlər. Bu da onun sünni kəlamçısı olduğunu sübut edir.
Əsərləri Müəllifi olduğu bəzi əsərlər bunlardır:
Təbsirətül-Ədillə. Bəhrül-kəlam. Ət-Təmhid. "Təbsirətül-ədillə"nin xülasəsi. Əl-İfsəd li-xudəi-əhlil-ilhəd. Batinilərin qarşı tərəfi təsir altına almaq məqsədilə istifadə etdikləri üsulları tənqid edən əsər. İzahul-məhəccə fi kəvnil-əqli hüccə. Mənəhicül-əimmə. Fiqh və üsulu sahələrinə aid əsər. Şərhül-Cəmiil-Kəbir. Məhəmməd ibn Həsən əş-Şeybaninin əsərinin şərhdir. Şərhu Təvilətil-Quran. Əsər Əbül-Muin ən-Nəsəfinin tələbəsi Ələddin əs-Səmərqəndiyə nisbət edilməklə yanaşı, Əbül-Muin ən-Nəsəfinin izahlarından ibarətdir. Əsərin "ət-Təmhid"in bir nüsxəsi olduğu məlumdur.
Həmçinin bax Hənəfilərin siyahısı
İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Sünni imamları
Kateqoriya:Hənəfilər