Ala məscidi () — Türkiyənin Osmaniyyə ilinin Qədirli ilçəsində yerləşən tarixi məscid. Məscid şəhər mərkəzində, Savrun çayının şərqində yerləşir. Əvvəlcə kilsə olmuş, sonradan məscidə çevrilmiş ibadət yerlərindən biridir.
Əvvəllər bu tikili V əsrdə inşa edilmiş Bizans kilsəsi və monastırı idi. Şəhər 1489-cu ildə Dulqədiroğulları bəyliyindən Qasım bəy tərəfindən ələ keçirildikdən sonra bina məscid və mədrəsəyə çevrilmişdir. Qasım bəy məscidə atasının adını vermiş və Əlaüddövlə Məscidi adlandırılmışdır. Ancaq zamanla adı qısalmış Ala məscidi halına gəlmişdir. Uzun müddət məscid olaraq istifadə edilmiş bina IX əsrdə Osmanlı ordusunun anbarı kimi istifadə olunur, 1865-ci ildə yenidən bərpa edilərək məscid kimi fəaliyyətini davam etdirmişdir. XX əsrin böyük hissəsindən istifadə olunmadıqdan sonra 2012–2020-ci illər arasında yenidən bərpa edilmiş və təkrar istifadəyə verilmişdir.
Orijinal binanın ölçüsü 33x19,5 kvadrat metrdir. Minbər və minarə İslam dövründə əlavə edilmişdir. Məscidin şərqində nekropol sahəsi var.
İstinadlar
Kateqoriya:Bizans dini memarlığı Kateqoriya:Türkiyə məscidləri