Təfsir əl-Qurtubi () və ya əl-Cəmi li-əhkamil-Quran () — Qurtubinin Quran təfsiri.

Əsər Əsərin tam adı "əl-Cəmi li-əhkamil-Quran vəl-mübeyyin limə təzammənəhu minəs-Sünnəti və ayil-Furqan"dır. Əsər "Təfsir əl-Qurtubi" olaraq tanınır. Əsərin hansı tarixdə yazıldığı məlum olmasa da, Misirdə yazıldığı dəqiqdir. Müəllifin əsərdə digər əsərlərinə də eyham vurması, bu təfsirin müəllifin son əsərlərindən biri olduğunu deməyə əsas verir.

Təfsir əl-Qurtubi ayələri fərqli istiqamətləri ilə ələ alan əhatəli (cəmi) bir təfsir olub, bir çox əlyazma nüsxəsi mövcuddur. Əsər İbn əl-Müləqqin tərəfindən ixtisar da edilmişdir.

Əsərin ilk nəşri isə Misirdə reallaşdırılmış olub, ispan, türk və ingilis dillərinə tərcümə edilmişdir.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar

Kateqoriya:Sünni təfsirləri