Hədiyyətül-Arifin () — müsəlman müəlliflər və onların əsərləri haqqında ensiklopedik məlumatlar verən irihəcmli əsər.
Əsər Əsərin tam adı "Hədiyyətül-Arifin, əsmaül-müəllifin və əsərül-müsənnifin"dir. Əsər iki cilddən ibarətdir.
Birinci cilddə 5400, ikinci cilddə isə 4000, ümumilikdə isə 9000-dən çox müsəlman müəllif haqqında ensiklopedik məlumatlar vardır. Əsərdə bu müəlliflərin əsərlərinə də yer verilmişdir. Bu əsərlərin sayı isə 50 min təşkil edir (l cilddə 25 min). Əsər ərəbcə qələmə alınmışdır. Əsərdə bəzi şəxslər haqqında qısa məlumatlar verilsə də, bəziləri haqqında isə olduqca geniş məlumatlar verilmişdir. Əsərdə mənşəcə türk olanlar xüsusi olaraq ulduz işarəsi ilə işarələnmişlər.
Əsər İstanbulda (I cild 1951; II cild 1955) və Tehranda nəşr olunmuşdur.
Həmçinin bax Kəşfüz-Zünun Sünni kitablarının siyahısı
İstinadlar