Göyəlli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Göyəlli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin adının əsli Gavahlıdır. Yaşayış məntəqəsi vaxtilə Qazax rayonunun Qazaxbəyli kəndindən gəlmiş Allahyar, Alı və Tanrıverdi adlı üç qardaşın ailələri tərəfindən salınmışdır. Kənddəki nəsillərdən biri indi də allahyarlı adlanır. Kənd gavalı ağaclarının çox olduğu ərazidə salındığı üçün belə adlandırılmışdır. XX əsrdə Zəngilan rayonu ərazisində də eyniadlı kənd qeydə alınmışdır.

Coğrafiyası və iqlimi Kənd orta dağlıq qurşaqda yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1444 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri