Zəhra Doğan (; ) — Türkiyə rəssamı və jurnalisti. "Jinha" xəbər agentliyinin təsisçisi və redaktoru.

Həyatı Zəhra Doğan 1989-cu ildə Diyarbəkirdə anadan olub, elə orda Bağlar rayonunda böyüyüb. Uşaqlıq illərində ailəsi ilə birlikdə Manisa, İzmir və Qara dəniz bölgəsində mövsümi işçi kimi çalışıb. Diyarbəkirdə məktəbdən sonra su, şirniyyat, cəfəri və ikinci əl kitablar satıb, ayaqqabı təmizləyicisi kimi çalışıb. 11 yaşında Dəclə-Fərat Mədəniyyət Mərkəzində incəsənət təhsili almağa başlayıb. 18 yaşında Munzur Universitetində (əvvəlki Tunceli Universiteti) moda dizaynı üzrə təhsil almağa başlayıb. Bu fakültədə təhsil aldıqdan sonra Diclə Universitetinin Rəsm müəllimliyi fakültəsini bitirib. O, 2012-ci ildə qurulan və 2016-cı ildə 675 saylı qanunla bağlanan dünyanın ilk qadın xəbər agentliyi olan "Jinha"nın son redaktoru olub.

Zəhra Doğan 2019-cu ildə "Yaxın Şərq" albomu üçün illüstrasiyalar çəkib.

İstinadlar

Xarici keçidlər Official website of Doğan. Special File Zehra Doğan (Multilingual) at :en:Kedistan. Internet Archive of "Jinha" website in English

Kateqoriya:Türkiyənin qadın rəssamları Kateqoriya:XXI əsr qadın yazıçıları Kateqoriya:Türk feministlər Kateqoriya:Kürd jurnalistlər Kateqoriya:Qadın jurnalistlər Kateqoriya:Qadınlara qarşı şiddət Kateqoriya:Türkiyə aktivistləri Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:Türkiyə kürdləri Kateqoriya:Türkiyənin incəsənət xadimləri Kateqoriya:XX əsr qadınları Kateqoriya:XXI əsr incəsənət xadimləri Kateqoriya:XXI əsr jurnalistləri Kateqoriya:XXI əsr Türkiyə şəxsləri