Fanil Fanisoviç Sarvarov (, ) — Rusiya hərbi qulluqçusu, general-leytenant. 22 dekabr 2025-ci ildə minaya qoyulmuş avtomobilin partlaması nəticəsində həlak olmuşdur.

Həyatı

11 mart 1969-cu ildə Perm vilayətinin Qremyaçinsk şəhərində anadan olmuşdur. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirmişdir. 1999-cu ildə Sovet İttifaqı Marşalı R. Y. Malinovski adına Zirehli Qoşunlar Hərbi Akademiyasını bitirmişdir. 2008-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirmişdir.

1992–2003-cü illər arasında 6 il ərzində osetin-inquş münaqişəsində və Birinci Çeçenistan müharibəsində iştirak etmişdir. 503-cü qvardiya motoatıcı alayında xidmət keçmiş və hələ o dövrdə tabeliyində olanların döyüş hazırlığı ilə daha çox məşğul olmuşdur. 2015–2016-cı illərdə Suriyadakı hərbi əməliyyatlarda iştirak etmişdir. 2016-cı ildən RF Silahlı Qüvvələrinin Əməliyyat Hazırlığı İdarəsinin rəisi təyin olunmuşdur. 22 fevral 2018-ci ildə RF prezidentinin fərmanı ilə Sarvarova general-mayor rütbəsi verilmişdir.

RF Baş Qərargahının Əməliyyat Hazırlığı İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Ukraynadakı müharibə üçün Rusiya qüvvələrinin döyüş hazırlığını və döyüş qabiliyyətini nəzarətdə saxlamışdır.

22 dekabr 2025-ci ildə saat 6:55-də generala məxsus "Kia Sorento" markalı avtomobil Moskva şəhərinin Orexovo-Borisovo Yujnoye rayonunda Yasenevaya küçəsi, ev 12, korpus 5 yaxınlığındakı QSK № 66 avtodayanacaqda partladılmışdır.

RF İstintaq Komitəsinin məlumatına görə, Sarvarov çoxsaylı qəlpə yaralarından və üz sümüklərinin qapalı sınıqlarından həlak olmuşdur. İstintaqın əsas versiyası Ukrayna xüsusi xidmət orqanlarının əməlidir. Terror aktı maddəsi ilə cinayət işi başlanmışdır.

İstinadlar

Kateqoriya:Rusiya generalları Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Rusiya general-leytenantları