"Təsviri-əfkar" (, ) — 1862–1925-ci illər arasında fasilələrlə nəşr olunmuş uzunmüddətli türkdilli Osmanlı qəzeti. Qəzet Osmanlı imperiyasında erkən özəl nəşrlərdən biri idi.Shin Sasaki (2018). "Mixed Dynamism of Relief in the Late Ottoman Empire: The Historical Actualities of Fundraising Campaigns". The Journal of Ottoman Studies. 51 (51): 165. doi:10.18589/oa.591829 Qurucusu İbrahim Şinasi olmuşdur, aparıcı redaktorları Namiq Kamal və Yunus Nadi idi.

"Təsviri-əfkar"ın erkən müəllifləri arasında Şinasinin yaxın dostları Namiq Kamal, Əhməd Vəfik Paşa və Samipaşazadə Sübhi var idi.Nesimi Yazıcı (2011). Tasvîr-i Efkâr (in Turkish). Vol. 40. İslâm Ansiklopedisi. pp. 138–140. Osmanlı dövrünün son mərhələsində qəzet Əbuziya Tofiq məxsus olduğu dövrdə görkəmli müəlliflər Zəkəriyyə Sertel, Əhməd Rasim, Cənab Şəhabəddin, Ruşən Əşrəf Ünyadın, Əbdülhaq Hamid Tərxan və Yəhya Kamal Bəyatlı olmuşdur.Ali Demirel (July 2018). The Relations of İstanbul and Ankara within the press of Turkish national struggle (1918-1922) (MA thesis). Middle East Technical University. pp. 14–15. hdl:11511/27502.

Qəzet orijinal adı "Təsviri-əfkar" ilə 2 may 1940-cı ildə Vəlid Əbüzziya və Ziyad Əbüzziya tərəfindən yenidən nəşrə başlamışdır. Onun fəaliyyəti Vəlid Əbüzziyanın 12 yanvar 1945-ci ildə vəfatına qədər davam etmişdir. Bu dövrdə nasistpərəst mövqe tutmuş və Türkiyənin İkinci Dünya müharibəsinə qatılmasını dəstəkləmişdir. Sonra Ziyad Əbüzziya və Cihad Baban "Təsvir" adı ilə nəşrini davam etdirmiş və qəzet 1949-cu ildə bağlanmışdır.Fatma Esen (2020). Censorship under allied occupation of İstanbul: The analysis of Tasvir-i Efkar Newspaper (MA thesis). Sabancı University. pp. 8, 10–11.

İstinadlar

Kateqoriya:Osmanlı qəzetləri Kateqoriya:Türkiyə mədəniyyəti Kateqoriya:İstanbul qəzetləri