Ağ Çester — donuzlar fəsiləsindən olan Amerika donuz cinsi. Pensilvaniya ştatının Çester qraflığından yayılmış bir ev donuzu cinsidir. Əvvəllər Çester şəhəri ağ dunuzu kimi də tanınırdı.

Ümumi məlumat Ağ Çester cinsi ilk dəfə 1815-1818-ci illərdə ABŞ-nin şimal-şərqində yayılmış böyük, ağ donuz cinsləri və İngiltərənin Bedfordşir qraflığından olan Con Russell tərəfindən idxal edilən ağ donuz istifadə edilərək yaradılmışdır. Bu donuz Liverpuldan gətirilmişdi.

1891-ci ildə Nyu-Yorkun Yates qraflığında "International Ohio Improved Chester Swine Record Association" yaradıldı və 1895-ci ildə qeydiyyata alındı. Cins rəsmi olaraq "Ohio Improved Chester" adlandırıldı və OIC qısaltması ilə tanındı.

1997-ci ildə "Certified Pedigreed Swine Association" yaradıldı və Ağ Çester Poland China və Spotted cinslərinin qeydiyyatlarını mərkəzləşdirmək üçün fəaliyyətə başladı. Fərqli ştat təşkilatları bu assosiasiyanın üzvləridir. Ağ Çester cinsi həm intensiv, həm də geniş fermerlik üçün uyğun çox yönlü bir cins deyil. Dyurok donuzu və Hempşir donuzu qədər məşhur olmasa da, Ağ Çester donuz əti istehsalı üçün kommersiya çarpazlaşdırma əməliyyatlarında aktiv şəkildə istifadə olunur. Ağ Çester ağ cinslər arasında ən davamlı olanıdır, gündə 0,62 kq çəki artımı əldə edə bilir və hər 1,4 kq yem üçün 0,45 kq çəki artımı göstərir. Açıq rəngi Ağ Çester donuzlarının günəş yanığına meylli olmasına səbəb olur, yay aylarında onlara kölgə təmin edilməlidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Donuzlar