Hartford Universiteti Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının Vest Hartford şəhərində yerləşən özəl universitetdir. Onun 350 akr (1.4 km2) əsas kampusu qonşu Hartford və Blumfildə qədər uzanır. Universitetdə 2024-cü ilin payız semestrinə olan məlumata görə təxminən 6 000 bakalavr və magistr tələbəsi təhsil alır. Universitet Yeni İngiltərə Ali Təhsil Akkreditasiya Komissiyası tərəfindən akkreditasiya olunmuşdur.
Tarixi Hartford Universiteti 1957-ci ildə "Hartford İncəsənət" məktəbi, Hillyer kolleci və Hartt məktəbinin birləşməsi nəticəsində təsis edilmişdir.
Kampsuları Genqras Tələbə Birliyində tələbə hökuməti, universitet poçt şöbəsi, "Məlumatçı" adlı tələbə qəzeti və Tələbə Televiziya Şəbəkəsi daxil olmaqla tələbə təşkilatları, kafeterya, market və s. yer alır. Genqras Tələbə Birliyinin əsaslı yenidənqurma işlərinə 2017-ci ilin əvvəlində başlanmışdır.
Kampusun mərkəzində yerləşən Harri Cek Qrey Mərkəzində Mortensen Kitabxanası və Allen Memorial Kitabxanası yerləşir. Kampusun mərkəzində yerləşən Harri Cek Qrey Mərkəzi Mortensen Kitabxanasına və Allen Memorial Kitabxanasına ev sahibliyi edir. Burada həmçinin Joseloff qalereyası, universitetin kitab mağazası, Vizual Kommunikasiya Dizaynı departamenti, Memarlıq departamenti, (91,3 MHz FM) radio stansiyası, Uayld auditoriyası, Kent Makkrey Televiziya Studiyası, Qrey Konfrans Mərkəzi, Yəhudi Sivilizasiyası Muzeyi və "1877 Klubu" restoranı yerləşir.
Hartt Məktəb Kompleksi Millard auditoriyası, Paranov zalı və Paranov zalının bir mərtəbəli genişləndirilməsi olan Konnell zalından ibarətdir. Əvvəllər Abrahms zalı Fuller Kompleksinə daxil idi. Millard auditoriyasının yenidənqurma işləri 2017-ci ildə tamamlanmışdır. Bu bina kampusdakı ən böyük akademik binalardan biridir və Barni Biznes məktəbinə ev sahibliyi edir. 2018–2019-cu tədris ili ərzində Auerbax zalında genişmiqyaslı yenidənqurma işləri aparılmışdır. Bu yenilənməyə Barni Biznes məktəbi üçün əlavə sinif otaqları və bir ticarət zalını əhatə edən 10 000 kvadrat fut (təxminən 930 m²) sahəyə malik yeni əlavə hissə daxil idi.
1962-ci ildə inşa edilən Hillyer zalı kampusdakı ilk dərs binası olmuşdur. Hillyer zalı İncəsənət və Elmlər Kolleci, Təhsil Kolleci və Hillyer Kollecinə ev sahibliyi edir. 2012-ci ildə Hillyer Kolleci üçün əlavə dərs otaqları və ofislər təmin etmək məqsədilə Şou Mərkəzi tamamlanmışdır. Bina layihəyə 1,5 milyon dollar ianə edən Qrinviçli Con "Cey" Şounun (1974-cü il məzunu) və həyat yoldaşı Debinin adını daşıyır.
Elm və Mühəndislik üzrə Universitet liseyi kampusun şərq hissəsində yerləşən dövlətə məxsus liseyidir. Universitet liseyi 2004-cü ildə Hartford Dövlət məktəbləri, Hartford Universiteti və Kapitol Regional Təhsil Şurası arasında tərəfdaşlıq əsasında yaradılmışdır. Universitet liseyinin şagirdləri orta məktəbdə oxuduqları müddətdə kollec kreditləri qazana bilirlər. Liseydə ümumilikdə 200 şagird təhsil alır, onların 70 faizi Hartford şəhərindən, qalan 30 faizi isə Konnektikut ştatının mərkəzi hissəsində yerləşən şəhər və qəsəbələrdən gəlir.
2008-ci ildə istifadəyə verilmiş Mort və İrma Handel İfa İncəsənətlər Mərkəzi 55,000 kvadrat fut (təxminən 5,100 m²) sahəyə malikdir olaraq Hartt məktəbində teatr, musiqili teatr, rəqs üzrə təhsil alan kollec və icma tələbələri üçün dərs binası rolunu oynayır.
Asylum Avenue kampusu Hartford şəhərinin mərkəzindən 2 mil (3 km) qərbdə yerləşir və əvvəllər Hartford Qadın Kollecinin məkanı olmuşdur. Hazırda kampus akademik sinif otaqları və magistr tələbələri üçün 14 mənzilli ev əhatə edir. Kampusda yeməkxana, kompüter laboratoriyası və studio sahəsi mövcuddur.
Rektorları Vinsent B. Koffin (1959–1967) Arkibald M. Vudraf (1967–1977) Stiven Coel Traxtenberq (1977–1988) Hamfri Tonkin (1989–1998) Valter Harrison (1998–2017) Qreqori S. Vudvord (2017–2023) Stiven Malredi (2023–2024) Lourens P. Vord (2024-ildən indiyə qədər)
Akademik heyət Hartford Universitetində əyani və distant 6,000-dən az bakalavr və magistr tələbəsi təhsil alır. Universitet 82 bakalavr proqramı, 10 assosiasiya dərəcəsi, 28 magistr dərəcəsi və 7 sertifikat və ya diplom proqramı təklif edir. Tələbə-müəllim nisbəti 9:1-dir. Universitetin akademik strukturu yeddi məktəb və kollecin ətrafında təşkil olunmuşdur.
Görkəmli məzunlar Kenny Adeleke — basketbolçu Vin Beyker — basketbolçu Rober Blek — bas gitaraçı Uilyam Briceo — dövlət nümayəndəsi Leo Brouer — musiqiçi Devid Kordani — Ciqna şirkətinin baş direktoru
Kateqoriya:ABŞ universitetləri