Raffaella Petrini () — İtaliyalı katolik rahibə, Evxaristiyanın Fransiskan Bacılarının üzvü, Vatikan Şəhər Dövlət Qubernatorluğunun Baş katibi (2021–2025), Vatikan Şəhər Dövlətinin Pontifik Komissiyasının prezidenti və Qubernatorluğunun rəhbəri (2025-ci ildən).
Həyatı Raffaella Petrini 15 yanvar 1969-cu ildə Romada anadan olub."Sr Raffaella Petrini appointed Secretary General of Vatican Governorate". Vatican News. 4 November 2021. Archived from the original on 23 March 2025. Retrieved 23 January 2025. Romadakı Luiss Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb.Rodari, Paolo (4 November 2021). "Vaticano, per la prima volta una suora nominata segretario del Governatorato". la Repubblica Retrieved 23 January 2025. Daha sonra ABŞ-ın Konnektikut ştatında yerləşən Hartford Universitetinin Barney Biznes Məktəbində təhsil almış, 2001-ci ildə təşkilati davranış sahəsi üzrə magistr dərəcəsi əldə etmişdir."UHart Graduate Appointed First Female Secretary-General of Vatican City State". University of Hartford. 17 November 2021.Archived from the original on 4 March 2025. Retrieved 1 March 2025. O, 2008-ci ildə Müqəddəs Tomas Akvinas Pontifik Universitetinə daxil olmuş, 2014-cü ildə isə doktorluq dərəcəsi almışdır. Sonradan həmin universitetdə professor vəzifəsinə təyin edilmiş, burada rifah iqtisadiyyatı və iqtisadi proseslərin sosiologiyası fənləri üzrə dərslər tədris etmişdir.
Petrini 2005-ci ildən 2021-ci ilə qədər Xalqların Müjdəçilik Konqreqasiyasının heyətində çalışmışdır. 4 noyabr 2021-ci ildə Papa Fransisk onu Vatikan Şəhər Dövlətinin Qubernatorluğunun Baş katibi vəzifəsinə təyin etmişdir. Petrini bu vəzifəni tutan ilk qadın olmuşdur. Papa Fransisk sonradan onun dünyanın ən kiçik dövlətində ən yüksəkrütbəli qadın vəzifəli şəxs olduğunu qeyd etmişdir. 13 iyul 2022-ci ildə Papa Fransisk ilk dəfə olaraq Petrini, İvon Reunqoat və Maria Lia Zervino da daxil olmaqla qadınları Yepiskoplar Dikasteriyasının üzvləri təyin etmişdir.
15 fevral 2025-ci ildə Papa Fransisk Raffaella Petrinini Vatikan Şəhər Dövlətinin Pontifik Komissiyasının prezidenti və Vatikan Şəhər Dövlətinin Qubernatorluğunun prezidenti vəzifələrinə təyin etmişdir. Təyinat 1 mart 2025-ci ildən qüvvəyə minmişdir. Petrini bu vəzifələri tutan ilk qadın olmuşdur.
Onun səlahiyyətləri, Papa Fransiskin 21 aprel 2025-ci ildə vəfatı ilə əlaqədar, kurial təyinatlarının əksəriyyəti ilə birlikdə avtomatik olaraq dayandırılmışdır. Onun ardıcılı olan XlV Papa Leo isə vəzifəyə başladığı günün ertəsi günü, 9 may 2025-ci ildə, Petrinin vəzifəsini təsdiqləmişdir.
İstinadlar
Kateqoriya:İtaliya qadınları Kateqoriya:Roma şəxsləri