Vəli Əli oğlu Quliyev (rus. Вели Алиевич Кулиев; 14 iyul 1916 – 23 avqust 1967) — İkinci Dünya müharibəsi iştirakçısı, Qızıl Ordunun baş çavuşu. SSRİ Şöhrət ordeninin tam kavaleri.

Həyatı və Hərbi Fəaliyyəti Həyatı Vəli Əliyeviç Quliyev 14 iyul 1916-cı ildə indiki Azərbaycanın Zəngilan rayonunun Qrax-Muşlan kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə azərbaycanlıdır. Yeddi sinif təhsil almış, müharibəyə qədər sovxozda çalışmışdır. Karyaginski Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.

1942-ci ilin dekabr ayından Böyük Vətən müharibəsinin cəbhələrində vuruşmuşdur.

Hərbi fəaliyyəti Vəli Quliyev 1-ci Baltik cəbhəsinin 6-cı Qvardiya Ordusunun 270-ci Atıcı Diviziyasının 973-cü Atıcı Alayında pulemyot ekipajının komandiri olmuşdur.

26 iyun 1944-cü ildə Belarusun Vitebsk vilayətinin Şumilovski rayonu yaxınlığında Qərbi Dvina çayını keçərkən düşmənin güclü atəşi altında çayın sol sahilinə çıxmış, pulemyot atəşi ilə iki düşmən atəş nöqtəsini susdurmuş və bir tağımdan çox nasist əsgərini məhv etmişdir. Bu şücaətinə görə 31 iyul 1944-cü ildə III dərəcəli Şöhrət ordeni ilə təltif olunmuşdur.

Mejisalas kəndi uğrunda döyüşlərdə düşmən səngərinə ilk daxil olanlardan biri olmuş, yaxın döyüşdə bir neçə düşmən əsgərini öldürmüş, iki pulemyot və üç tüfəng ələ keçirmişdir. 30 sentyabr 1944-cü ildə II dərəcəli Şöhrət ordeni ilə təltif edilmişdir.

5 oktyabr 1944-cü ildə Litvanın Žileitis kəndi yaxınlığında hücum zamanı düşmənin müdafiə xəttini yararaq mövqelərinə daxil olmuş, əlbəyaxa döyüşdə beş nasist əsgərini öldürmüşdür. Ertəsi gün Sukontsı kəndi yaxınlığında düşmənin əks-hücumunu dəf edərkən qumbara ilə zirehli personal daşıyıcısını partlatmış, içərisindən çıxan düşmən piyadalarını pulemyot atəşi ilə məhv etmişdir. Döyüş zamanı yaralansa da mövqeni tərk etməmişdir.

Göstərdiyi qəhrəmanlıqlara görə 24 mart 1945-ci ildə I dərəcəli Şöhrət ordeni ilə təltif edilmiş və bu ordenin tam kavaleri adını almışdır.

Müharibədən sonrakı həyatı 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Müharibədən sonra Zəngilan rayonunda yaşamış, baş mühasib vəzifəsində çalışmışdır. 23 avqust 1967-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici Keçidlər Hüseynov A. A. — Bakı, 2014. — S. 28–30. — 511 s. — 2000 nüsxə. Rus Dilli Vİkipediyadakı Məqaləsi.

Kateqoriya:1916-cı ildə doğulanlar Kateqoriya:1967-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları