Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyi — Pakistanın Azərbaycanda diplomatik nümayəndəliyi.
Səfirlik Pakistan İslam Respublikasının rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. Pakistan İslam Respublikasını Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatının daimi üzvləridir.
Pakistanın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Qasim Mohiuddindirİlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Tarixi Türkiyədən sonra Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulmuşdur.AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ
Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyi
Azərbaycan parlamentində Pakistanla əlaqələr üzrə ikitərəfli işçi qrupu təsis edilmişdir. Qrupun rəhbəri Kəmaləddin Qafarovdur.Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu Pakistan parlamentində Azərbaycan Respublikasıyla əlaqələr üzrə ikitərəfli işçi qrupu fəaliyyət göstərir.
Pakistanın Azərbaycandakı səfirləri Pakistanın Azərbaycanda səfiri Pakistan İslam Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.
Səfir Müddət başlanğıcı Müddətin sonu Əbdul HəmidPrezident İlham Əliyev Pakistanın Azərbaycandakı səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir 2008 2011 İnayatullah KakarIlham Aliyev received the Ambassador of Pakistan to Azerbaijan at the end of his diplomatic mission in the country 2011 2013 İkramullah Mahsud 2013 İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir 02 may 2013 may 2013 dekabr 2013 Xalid Usman Qayser İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir 2014 2016 Said Xan Mohmandın İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 26 yanvar 2017 2017 2020 Bilal Hayeeİlham Əliyev Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib 2020 2024 Qasım Mohiuddin 2024
Həmçinin bax Azərbaycanın Pakistandakı səfirliyi
İstinadlar
Xarici keçidlər Azərbaycanın Pakistandakı səfirliyinin Rəsmi sayti Pakistanın Azərbaycandakı səfirliyinin Rəsmi sayti İkitərəfli münasibətlər
Kateqoriya:Pakistan Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Pakistanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti