Bill Mitçel və ya Vilyiam Leroy Mitçel (; ) — Amerika avtomobil dizayneri. O, 1958-ci ildə "General Motors"un (GM) Dizayn Bölməsinin vitse-prezidenti vəzifəsinə yüksəlmiş və 1977-ci ilə qədər bu vəzifədə çalışmışdır. Onun rəhbərliyi altında GM bir çox məşhur avtomobillərini istehsal etmişdir.
Mitçel GM tərəfindən istehsal edilən 72,5 milyondan çox avtomobilin, o cümlədən 1938-ci il "Cadillac Sixty Special", 1949-cu il "Cadillac Coupe deVille", 1955-1957-ci illər "Chevrolet Bel Air", 1959-1984-cü illər "Cadillac DeVille", 1963-1965 və 1966-1967-ci illər "Buick Riviera", 1961-1976-cı illər 2Corvette Stingray2, 1970-1981-ci illər "Chevrolet Camaro", 1976-1979-cu illər "Cadillac Seville" və 1980-1985-ci illər "Cadillac Seville" kimi əlamətdar avtomobillərin yaradılması və ya dizaynına təsir göstərməkdən məsul olub.
Mitçell 42 illik karyerasının hamısını "General Motors"da avtomobil dizaynı sahəsində keçirmiş və nəticədə Dizayn üzrə vitse-prezident vəzifəsini tutmuş, 1977-ci ildə təqaüdə çıxana qədər 19 il bu vəzifədə çalışmışdır. Onun "General Motors" şirkətindəki dizayn rəhbərliyi "Bill Mitchell dövrü" kimi tanınır.
Həyatı Bill Mitçel avtomobil sənayesində karyerasına illustrasiya və dizayn sahəsində başlamışdır. 1935-ci ildə "General Motors"un dizayn departamenti olan "Art and Color Section"da işə qəbul edilən Bill Mitçel sürətlə yüksələrək Harle Earlın diqqətini çəkmişdir. Earlın varisi olaraq seçilən Bill Mitçel onun vizyonunu daha müasir və aqressiv dizayn xətti ilə davam etdirmişdir.
Bill Mitçelin rəhbərliyi altında "General Motors" bir çox mühüm dizayn layihələrinə imza atmışdır. Onun yaratdığı avtomobillər arasında aşağıdakı modellər xüsusilə seçilir:Cray, Edward: Chrome Colossus: General Motors and Its Times, Mcgraw-Hill; 1st edition July 1980,
Chevrolet Corvette Sting Ray (1963) – Bu model aerodinamik və idman üslubu ilə avtomobil dünyasında inqilab yaratdı. Buick Riviera (1963) – GM-in ən zərif və lüks kupelərindən biri sayılır. Cadillac Eldorado (1967) – Müasir və dəbdəbəli dizayn anlayışı ilə fərqlənirdi. Pontiac Firebird (1967) – Chevrolet Camaro ilə rəqabət aparmaq üçün dizayn edilmiş əfsanəvi model.
1977-ci ildə təqaüdə çıxan Bill Mitçel, 1988-ci ildə vəfat edib.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
GM Design Timeline The General Motors Quick Reference Site. Archived from the original on 2010-11-13
Kateqoriya:XX əsr ABŞ dizaynerləri