Müqəddəs Məryəm Yepiskopal Kafedrali və ya Qızıl məbəd, Günəş məbədi () — Perunun Kusko şəhərində yerləşən İnk imperiyası dövrünün əsas məbədi.O, inklərin baş tanrısı olan günəş tanrısı İntiyə həsr olunub. Koricancha, Tarixi Korikança məbədi Kusko şəhərinin mərkəzində yerləşirdi və İnklərin inanclarına görə, dünyanın mərkəzi sayılırdı. Bu qədim məbəd inklərin ən müqəddəs məbədlərindən biri idi və Günəş Tanrısı İntiyə həsr olunmuşdu. İspanlar Kusko şəhərini işğal etdikdən sonra, Korikançanın üzərində Santo Dominqo kilsəsini tikmişdilər. Bu yer həm ink, həm də ispan memarlığını birləşdirən mühüm bir tarixi məkandır. Korikança məbədi ink memarlığının mühəndislik möcüzəsi sayılır. Tikinti zamanı istifadə olunan daşlar elə dəqiq yonulmuşdu ki, onlar arasında heç bir bıçaq və ya tikan keçmirdi. Məbəd eyni zamanda zəlzələlərə qarşı dayanıqlı idi, bu da inklərin tikinti texnologiyalarının inkişaf səviyyəsini göstərir.

İnk dövründə Korikança məbədi qızıl lövhələrlə bəzədilmişdi. Günəş işığı divarlara dəyəndə məbəd parıldayır və ətrafdakı hər kəsi heyran edirdi. Korikança "Qızıl Saray" mənasını verir. Məbədin həyətində gümüşdən hazırlanmış ay heykəlləri və digər müqəddəs əşyalar saxlanılırdı. Məbəd astronomik mərkəz kimi də istifadə olunurdu. İnklər məbəddən ilin müxtəlif vaxtlarında günəşin və ulduzların hərəkətlərini izləyirdilər. Məbədin xüsusi pəncərələri və dəlikləri günəş şüalarını müəyyən günlərdə, xüsusilə gündönümlərində və bərabərlik günlərində daxil edirdi.:en:Pedro Cieza de León (1883), The second part of the Chronicle of Peru (Crónicas del Perú), translator: Clements R. Markham, Hakluyt Society: London, pp. 83–86; 160–164

İspan fəthindən sonra 1533-cü ildə İspanlar Korikançanı talan edərək məbəddəki bütün qızıl və gümüş əşyaları talan etdilər. Qızıl və digər qiymətli metallar əriyərək Avropaya daşındı. Onlar İnk mədəniyyətinin simvollarını məhv etmək məqsədilə, onun üzərində Santo Dominqo adlı katolik kilsəsini tikdilər. Bu xristianlığın gücünü göstərmək məqsədini daşıyırdı. İndi Korikança məbədinin qalıqları Santa Dominqo kilsəsi ilə yanaşı mövcuddur və bir muzey kompleksi təşkil edir.

Kusko şəhəri və onun daxilindəki Korikança məbədi 1983-cü ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.

İstinadlar

Xarici keçidlər

“The Political Force of Images,” Vistas: Visual Culture in Spanish America, 1520-1820.

Kateqoriya:Perudakı arxeoloji abidələr