Türkiyə Hərbi Hava Qüvvələri () — Türkiyə Silahlı Qüvvələrinə daxil olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Türkiyə Cümhuriyyətinin hava məkanının təhlükəsizliyinin təmin edilməsidir. Türkiyə Silahlı Qüvvələrinin idarəsi altında olan ən böyük 2-ci qüvvədir (Quru Qoşunlarından sonra). Hərbi Hava Qüvvələri sülh vaxtı hava məkanını qorumaq və nəzarət etmək, müharibə zamanı isə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinə dəstək vermək üçün yaradılıb. Baş qərargahı Ankarada yerləşir.

Təyyarələri

Hərbi təyyarələri F-16 C/D (240 ədəd) F-4E 2020 (100 ədəd) F-4E Phantom (100 ədəd) RF-4E Phantom (79 ədəd) F-5 2000 (45 ədəd) F-5 A/B (14 ədəd)

Nəqliyyat təyyarələri A400M (10 ədəd) C-130E Hercules (10 ədəd) C-130B Hercules (8 ədəd) C-160T Transall (23 ədəd) CN 235-100M (62 ədəd)

Həmçinin bax Türkiyə Silahlı Qüvvələri F-16

İstinadlar

Xarici keçidlər

Türkiyə Hərbi Hava Qüvvələrinin rəsmi veb-saytı

Kateqoriya:Türkiyə Silahlı Qüvvələri Kateqoriya:Türkiyə Hərbi Hava Qüvvələri