Düzyurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düzyurd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Gədəbəy çayının sahilində, Başkənd-Dəstəfur çökəkliyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində həmin rayondakı Gərgər (əsli Qarqar) kəndindən köçüb gəlmiş huydumlu və qırtdanlı nəsillərinə mənsub ailələr Düzyurd adlı ərazidə salmışlar. Coğrafi ad obyekti relyef cəhətdən təyin edir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1793 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Əmiraslanlı

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti http://modern.az

Kateqoriya:Gədəbəy rayonunun kəndləri