Ectophylla alba — Phyllostomidae cinsinə aid yarasa növü. Xüsusiyyətləri Bu yarasalar ağ rəngli tükləri və sarımtıl narıncı rəngli burun və qulaqları ilə tanınır. Bədən uzunluğu 3.7-4.7 sm, qanad açılışı isə 9.5-10.5 sm arasında dəyişir. Təxminən 7-18 il arasında ömrü var. Təxminən 1300 məlum yarasa növündən yalnız altısında rast gəlinən fərqli, tamamilə ağ xəzi var.

Cins və növ ilk dəfə 1892-ci ildə elmi olaraq təsvir edilmişdir. Bu növ haqqında məlumatlar, zooloq William Peters tərəfindən verilmişdir. O zamanlar yarasa, Hondurasa xas olduğu üçün adını da bu regiondan almışdır.

Dişləri ilə yarpaq qabırğalarını ustalıqla kəsərək V şəklində qatlayaraq alt qat bitki yarpaqlarından “çadırlar” qurur, gündüzlər bu çadırlarda otururlar. Bu yarasalar əsasən meyvə ilə qidalanırlar, xüsusilə də Ficus colubrinae növü ilə. Dişilər ildə iki dəfə hamilə qala və hər dəfə bir bala dünyaya gətirə bilərlər.

Ectophylla alba ekosistemlərində meyvə yeyən heyvanlar olaraq, bitkilərin tozlanmasında və toxumların yayılmasında mühüm rol oynayırlar. Ancaq, meşə qırılmaları və yaşayış sahələrinin itirilməsi səbəbindən populyasiyaları azalmaqdadır. Bu səbəbdən, növün qorunması üçün müvafiq tədbirlər görülməsi vacibdir.

Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən 2015-ci ildə tükənmək təhlükəsi səbəbi ilə "Near Threatened" statusuna alınıb. İstinadlar

Xarici keçidlər

A video of a Honduran white bat foraging for figs at night

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika məməliləri