Amdo () və ya Mdo (; ) — Tibet yaylasının şimal-şərqində, Yanszı və Xuanxe çaylarının vadiləri arasında, meşəsiz geniş bir ərazini əhatə etmiş region. Dalay Lamanın hakimiyyətini tanımışdır. Amdo lama Tsonqapanın və XIV Dalay Lamanın vətəni hesab olunur.

1917-ci ildə Amdoda Ma klikinə mənsub olan dunqan müsəlman hərbi rəhbərlərinin hakimiyyəti bərqərar olmuşdur. Onlar tibetlilər üzərində bir sıra qələbələr qazanmışdır. 1928-ci ildə Ma generalları Qomindan tərəfindən idarə olunan Çin Respublikasının suverenliyini tanımışdır.

Sürgündə olan Tibet hökuməti Amdonu U-Tsanq və Kham ilə yanaşı Tibetın üç əsas tarixi bölgəsindən biri kimi qiymətləndirmişdir. Çin Xalq Respublikasının hökuməti əksinə, Amdonu Tibet Muxtar Vilayətinin torpaqları hesab etməmişdir. Müasir dövrdə tarixi Amdo Sintsxay, Sıçuan və Qansu adlı Çin vilayətləri arasında bölünmüşdür. XX əsrin ortalarına qədər əhalinin böyük hissəsini tibetlilər və monqollar təşkil etmişdir. Sonrakı dövrlərdə bölgədə çinlilərin payı xeyli artmışdır. 1959-cu ildən sonra bir çox amdolular sürgünə getmişdir. Hazırda Hindistan və Tibetdəki lamaist məktəblərin və universitetlərin müəllimlərinin əhəmiyyətli bir hissəsi məhz Amdodan çıxmış şəxslərdir.

2000-ci ildə Amdonun ərazisindən Sintsxay–Tibet dəmir yolunun xətti keçmişdir.

İstinadlar

Xarici keçidlər The East Tibet Website Amdo — delineation and history in brief (PDF file; 216 kb) (engl.) The Huge Thangka of Amdo The Skor lam and the Long March: Notes on the Transformation of Tibetan Ritual Territory in Southern A mdo in the Context of Chinese Developments

Kateqoriya:Tibet Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Asiya regionları Kateqoriya:Asiyanın tarixi vilayətləri