Məmməd İsmayıl oğlu Mustafayev () — Azərbaycan kimyaçı-alimi, kimya elmləri doktoru, professor. Yıldız Texniki Universitetinin biomühəndislik fakültəsinin yaradıcısı və professoru.Azərbaycanlı alim, professor, doktor Mamed Mustafayev
Həyatı və təhsili Məmməd Mustafayev 23 oktyabr 1944-cü ildə Ermənistan SSR-in Kalinino rayonunun Evli kəndində anadan olub. Həmin kənddə orta təhsilini başa vurduqdan sonra 1960-cə ildə İlməzli kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1970-1975-ci illərdə Moskva Dövlət Universitetində aspiranturanı başa vuraraq kimya elmləri namizədi, 1981-ci ildə isə polimerlər kimyası üzrə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır.
Əmək fəaliyyəti 1970-1975-ci illərdə Moskva Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsini tututub. 1975-1983-cü illərdə Moskva Dövlət Universitetnin kimya kafedrasında dosent vəzifəsində çalışıb.1983-cü ildə Moskva İmmunologiya İnstitutunun kimya kafedrasında işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasında professor vəzifəsini tutub. Bakı Dövlət Universitetinin kimya fakültəsinin
Elmi-pedaqoji yaradıcılığı 1994-1997-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasında məsləhətçi, 1997-2002-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasının direktoru işləyib.O, 2004-2007-ci illərdə Türkiyənin Yıldız Texniki Universitetində Kimya və metallurgiya fakültəsinin Biomühəndislik kafedrasının müdiri işləyib. Nigar Səmədovanın “Report”un Türkiyə bürosuna müsahibəsi
1970-1975-ci illərdə Rusiya Federasiyasi (Moskva) Baş Tədqiqat Alimi, 1975-1983-cü illərdə Moskva Dövlət Universitetində Kimya Kafedrasının Kimya Laboratoriyasının Rəhbəri, 1977-cu il Çexiyada Makromolekulyar Kimya Institutunda Qonaq Alim, 1979-cu il Macaristanın Ötvaş Universitetində Qonaq Alim, 1987-1989-cu illərdə Hindistanın Yeni Dehli Milli İmmunologiya İnstitutu Qonaq Alim (Kimya Proqramının Rəhbəri), 1983-1990-cı illərdə Rusiya Federasiyasi Moskva İmmunologiya İnstitutunun Kimya Kafedrasnda Kimya Laboratoriyasının müdiri, Yaponiya Elmi Dəstək Assosiasiyasi, Hokkaydo Universiteti və Tokio Texnologiya İnstitutunda Qonaq Professor (1996-cı il),Yaponiya Sapporo Yaponiya-Fransa Əməkdaşlığı, Fəxri Qonaq (1999-cu il), ABŞ Frederik Milli Xərçəng İnstitutunda Qonaq Alim (2001-ci il), Yaponiyanın Hokkaydo Universitetində qonaq alim (2001-ci il), İngiltərə London Viscotek Europe Ltd., Qonaq Alim (2003-ci il).
Elmi əsərləri
Radiation-induced formation of polyacrylic acid–proteincovalent conjugates Radiation Physics and Chemistry 60 (2001) 567–575 Characterization of water-soluble complexes of polyacrylic acid with alpha-Amylase from Aspergillus oryzae Radiation-induced formation of polyacrylic acid–protein (Apr 2014). Characterization of Water-Soluble Complexes of Polyacrylic Acid with α-Amylase from Aspergillus oryzae (The Protein Journal, Feb 2010). Conformational Dynamics of Poly(acrylic acid)-Bovine Serum Albumin Polycomplexes at Different pH Conditions (Macromolecular Symposia, Aug 2008) High Performance Liquid Chromatography Study of Water-Soluble Complexes and Covalent Conjugates of Polyacrylic Acid with Bovine Serum Albumin (Journal of Applied Polymer Science, Sep 2007) İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:SSRİ kimyaçıları Kateqoriya:Türkiyə kimyaçıları