300px|thumb|Bugünkü Çemberlitaş meydanındakı Konstantin sütunu Konstantinin forumu () — Bizans dövründə Konstantinopol (indiki İstanbul) forumlarından biri idi. Təxminən 328-ci ildə, Böyük İmperator Konstantin tərəfindən şəhərin təməli qoyularkən inşa edilmişdir. Şəhərin ən bahalı malları üçün qaynar ticarət yeri idi; hər il forumdan imperiya yürüşləri keçirdi. Mərkəzdə forumda günümüzə gəlib çatan yeganə tikili — 37 metr hündürlüyündə Konstantin Sütunu yerləşirdi. Meydan 1204-cü ildə Səlibçilər tərəfindən törədilən yanğın nəticəsində tamamilə məhv edildi. Bu gün forumun yerini xeyli kiçik Çemberlitaş Meydanı tutur.
Konstantin forumu qədim Bizanswww.byzantium1200.com Реконструкция Форума Константина divarlarının xaricində inşa edilmiş və şəhərin əsas küçəsində (Mesa)Necipoglu Nevra, 2001, с. 31 yerləşən bir sıra şəhər forumlarından birincisi idi. Sonuncu onu şərqdə Milyon tetrapilonu, Avqustayon meydanı və Böyük Saray, qərbdə isə Feodosiya və Amastrian forumları ilə birləşdirirdi. Tarixi Konstantin forumu 328-ci ildə, Konstantinopolun təməli qoyulduğu dövrdə inşa edilmişdir. Mərkəzdə inşa edilən imperator I Konstantinin (hak. 306–337) sütunu 11 may 330-cu ildə təntənəli şəkildə açılmışdır. Arianlıq təliminin banisi olan heresiarx Ariy 336-cı ildə burada vəfat etmişdir. Mühafizəçilərinin müşayiəti ilə Konstantin meydanında gəzərkən özünü pis hiss etməyə başlayır. Meydanın arxasında bir afedron (ayaqyolu) olduğunu öyrənərək ora yollanır. Ariy uzun müddət orada qalır və nəhayət, afedronun qapısı sındırıldıqda, insanlar onun içalatı parçalanmış cəsədini görülərСократ Схоластик Глава 38 // Книга I // Церковная история. — М.: Издательство РОССПЭН, 1996. — ISBN 5-86004-071-7Иванов С. А., 2011, с. 254—257.
Meydanın tarixi həmçinin pravoslav müqəddəsi Andrey Yurodiv (?–936) ilə əlaqələndirilir. Həyatının çoxsaylı təsvirlərindən birinə görə, müqəddəs forumda gəzməyi, Senatın əsas qapılarının qarşısında dayanaraq orada təsvir olunan Titanlara baxmağı və həmçinin meydanın şimal-şərqindəki bir meyxanaya baş çəkməyi sevirdiЖизнь и деяния св. отца нашего Андрея, юродивого Христа ради [сост. Е. Желтова]. — Издательство Олега Абышко, 2007. — ISBN 978-5-903525-03-4.
Forumda şəhərin ən işlək və ən bahalı bazarı yerləşirdi. Burada xəz, ipək, kətan, dəri və geyim, eləcə də şam və at qoşquları ilə aktiv ticarət aparılırdı. Forum təkcə tacirlər və dilənçilər üçün toplanma yeri deyildi; həmçinin canlı ictimai həyat yaşanırdı.
Meydan 1204-cü ildə Avropadan gələn səlibçilərin Konstantinopolu ələ keçirdiyi və talan etdiyi Dördüncü Səlib yürüşünə qədər yaxşı vəziyyətdə qalmışdı. Konstantin Forumu da talana məruz qalmış və şəhəri bürüyən yanğın nəticəsində məhv edilmişdi. Konstantin sütunu eybəcər hala salınsada, sonda sağ qaldı.
Təsviri Forum oval formada idi: şimaldan və cənubdan ikiyaruslu yarımdairəvi kolonada, qərbdən və şərqdən isə meydanı şəhərin əsas küçəsi ilə birləşdirən iki böyük monumental ağ mərmər tağla əhatə olunmuşdu.
Forumun şimalında şəhərin ilk senat binası yerləşirdi. XI əsrə aid təsvirə görə, bu, dörd böyük sütunla dəstəklənən portikli rotonda idi. Məşhur tunc kvadriqa burada saxlanılırdı və əvvəlcə atları idarə edən və Yenilməz Günəş (Sol invictus) obrazındakı Konstantinin heykəlini özündə birləşdirirdiwww.byzantium1200.com Реконструкция здания сената. Şəhərin ad gününü (11 may) qeyd edən illik yürüşlər zamanı kvadriqa şəhər ippodromuna köçürülürdü, lakin ilin qalan hissəsində senat binasında qalırdı. Bu mərasim IV əsrin sonlarında ləğv edildikdə, kvadriqa daimi olaraq hippodromda yerləşdirildi və səlibçilər onu 1204-cü ildə buradan Venesiyaya apardılar. Senat tezliklə başqa yerə köçürüldü və bu bina sonradan istifadəsiz qaldı və ehtimal ki, 1204-cü ildə Konstantin forumunu məhv edən böyük yanğına qədər sağ qalıb.
Forumun sol eyvanında hakimiyyətinin ilk illərində İmperator I Vasiley (867–886-cı illərdə hakimiyyətdə idi) tərəfindən tikilmiş Müqəddəs Məryəm Kilisəsi yerləşirdi. Рядом с ней торговали церковной утварью. Yanında kilsə əşyaları satılırdı.
Forumun mərkəzində 37 metr hündürlüyündə (indi 34,8 metr) böyük bir porfir sütunu var idiИванов С. А., 2011, с. 258. Sütunun 11 may 330-cu ildə - şəhərin qurulmasının ildönümündə təntənəli şəkildə açılışı olmuşdu. O, İmperator Konstantinin Apollon obrazındakı qızıl heykəli ilə taclandırılmışdı. 1150-ci ildə şiddətli fırtına zamanı heykəl və sütunun üç yuxarı barabanı dağıldı və qısa müddət sonra İmperator I Manuel Komnen (1143–1180) sütunun üstünə xaç yerləşdirdi. Səlibçilərin Konstantinopolu talan etməsi zamanı sütun ciddi şəkildə zədələndi. 1453-cü ildə Osmanlı türkləri şəhəri ələ keçirdikdə xaç dərhal söküldü. 1779-cu ildə şiddətli yanğından sonra qaralmış və çatlamış sütun əlavə dəmir halqalarla möhkəmləndirildi.
Forum çoxsaylı qədim heykəllərlə bəzədilib: onların arasında delfin, fil və hipokampus fiqurları, Palladium, Fetida və Artemida heykəlləri, eləcə də "Paris hökmü" heykəli var. Olsun ki, Poseydon, Asklepi və Dionisin heykəlləri də olub. Lakin bu gün onların görünüşünü və ya dəqiq yerini müəyyən etmək demək olar ki, mümkün deyil. Onların hamısı 1204-cü ildə şəhəri ələ keçirən səlibçilər tərəfindən əridildi.
İstinadlar
Kateqoriya:Böyük Konstantin Kateqoriya:Konstantinopol Kateqoriya:Meydanlar