İspaniya monarxiyası və ya İspan monarxiyası (isp. Monarquía Española) — İspaniyada konstitusiya idarəetmə sistemi. Dövlətə ölkədə ən yüksək vəzifəni tutan irsi monarx rəhbərlik edir.
İspan monarxiyası konstitusiyaya görə Tac adlanır (ispanca: La Corona) və hakimiyyətdə olan monarx, hazırda Kral VI Flipp, onun ailəsi və öz vəzifəsi və səlahiyyətlərini həyata keçirməkdə dəstəkləyən və ona kömək edən Kral Evindən ibarətdir.
1978-ci il İspaniya Konstitusiyası Fransisko Frankonun diktaturasının sona çatmasından və 1977-ci ildə demokratiyanın bərpasından sonra İspaniyada hökumət forması kimi Konstitusiya monarxiyasını bərpa etdi. 1978-ci il Konstitusiyası İspaniya Kralının ispan millətinin canlı təcəssümü və İspaniyanın davamlı birliyi və daimiliyinin simvolu kimi rolunu təsdiqlədi.Title II, Article 56, Subsection 1. Konstitusiyaya görə, monarx suveren dövlət başçısı və İspaniya Silahlı Qüvvələrinin ali baş komandanıdır.
Konstitusiya monarxın fəaliyyət qabiliyyətini itirməsi halında kral titullarından və imtiyazlarından, tacın irsi varisliyindən, kompensasiyadan və regentlik-qəyyumluqdan istifadəni təsbit edir. Konstitusiyaya əsasən, monarx həm də "öz tarixi icmasının xalqları" ilə əlaqələrin inkişafında mühüm rol oynayır. Monarx 24 ölkədə 700.000.000-dan çox insanı təmsil edən İber-Amerika Dövlətləri Təşkilatının fəxri prezidentidir.
Tarixi
thumb|125px|right|İlk Visiqot monarxlarından VI Filippə qədər sülalə xətti
İstinadlar
Kateqoriya:İspaniya monarxiyası