Mehtər və ya At və sahibiTopqapi Sarayi Muzesi Islam Minyaturleri — Əbdul Baqi Bakuvinin rəsm əsəri.
Analizi XIV əsrin əvvəllərində Elxani vəziri Rəşidəddinin emalatxanalarında işləyən rəssamların yaratdığı arxaik ənənələrin izləri XV əsr bakılı rəssam Əbdul Baqi Bakuvinin miniatürlərində də müşahidə olunur. Bakuvinin "Mehtər" əsəri son dövr Yuan və erkən Min sülaləsi dövründə Çində çox məşhur olan döyüşçü təsvirinin İslami variantıdır. Atın sahibi burada onun quyruğunu düyünləməyə hazırlaşır. Rəsmin peyzaj hissəsi yarpaqlı bir ağac və çiçək topalarından ibarətdir. Rəsm Əbdul Baqi Bakuvi imzalıdır.
Kompoziyasının monumentallığı nöqteyi-nəzərindən "Mehtər" rəsmi vacibdir. Rəsm realistik ifadəliliyi ilə fərqlənir. Əsərdə at boynunu arxaya dönür və sahibinə (mehtər və ya döyüşçü) baxıb kişnəyir. Atın oynaqlığı, qəliz rakursda, gərgin hərəkətdə çəkilməsi rəssamın sənətkarlığından xəbər verir.
Miniatür sənətində atın müxtəlif hal və hərəkətlərdə verilməsinə rast gəlinsə də, atın həyacanının bu ifadəlilik və təbiiliklə verilməsi nadir haldır. Atın dinamik və ehtiraslı təsviri ilə müqayisədə sahibi onun əksidir, onda bir donuqluq və süstlük nəzərə çarpır. Buna baxmayaraq, rəsm ümumilikdə dinamik və oynaqdır. Bakuvinin rəsm texnikası, xüsusilə atın sahibinin paltarının və atın tüklərinin çəkilişində işlədilən cizgilərin yaratdığı narahat hislərin ritmi əsərin emosinal təsir gücünü daha artırır.
İstinadlar
Ədəbiyyat Rasim Əfəndi. Azərbaycan incəsənəti Bakı, "Şərq-Qərb", 2007, 160 səh. + 112 səh. (illüst.)
Kateqoriya:Azərbaycanda miniatür sənəti