Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri Kateqoriya:1993-cü ildə Azərbaycanda yarananlar