Əlizadə və ya Alizade (əsl adı - Asya Tariyel qızı Əlizadə; t. 28 oktyabr 2000-ci il; Naxçıvan ş., Azərbaycan ) — Azərbaycan əsilli rus və türk rep və hip-hop ifaçısı.
Həyatı 28 oktyabr 2000-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 11 yaşında valideyinləri ilə birlikdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə köçmüşdür.
Hələ uşaqlıqdan musiqiyə həvəsi olduğundan musiqi məktəbinə getmişdir. Moskva Humanitar Universitetinə daxil olduqdan sonra belə musiqi ilə məşğul olmağı davam etmiş, tələbə tədbirlərində çıxış etmişdir.
Musiqi aləmində Əlizadə ilk dəfə 2019-cu ildə Big Baby Tape ilə, bir çox musiqi çartlarına düşmüş Gucci adlı kollaborasiyasını buraxdıqdan sonra tanındı. Bundan əlavə Əlizadə Fast Food Music YouTube kanalına çıxandan sonra məhşurlaşdı. Bu videodan olan fraqmentlər (parçalar) virus kimi yayıldı və çoxlu memlərin yaranmasına səbəb oldu.
Rusiyanın Ukraynaya qarşı işğla başlamasından sonra Əlizadənin də iştirak etdiyi biznes Rusiyadan gedir və bununla əlaqədar o da İstanbula köçür. Burada o, New Wave leyblına daxil olur və türk dilində rep kompozisiyaları ifa etməyə başlayır. Onun klipləri YouTube video-platformasında çoxsaylı baxışlar yığır. Əlizadənin kryerasındakı əsas trekə Spotify platformasında il ərzində 100 milyondan çox istifadəçi qulaq asıb.
Hüquqi problemlər 2023-cü ilin may ayında Alizade, video kliplərində "narkotik vasitələrin təbliğatı" ittihamı ilə nəzarətə alınıb. Məhkəmədə ifadə verdikdən sonra sərbəst buraxılıb. Alizade, əcnəbi vətəndaş olduğu və cinayət törətdiyi əsası ilə ölkəsinə göndərilmək üçün deportasiya mərkəzinə təhvil verilmişdi. Lakin prosedurlar davam edərkən, hər gün polis məntəqəsinə gedərək imza vermədiyi üçün ikinci dəfə nəzarətə alınıb.
Türk internet məşhuru Berkcan Güven, qatıldığı bir proqramda, birlikdə mahnı oxuduqları Alizade ilə məhkəməlik olduğunu bildirib.
Alizade, AKDO və Lvbel C5-in 28 fevral 2025-ci ildə yayımlanan "kAHpE" adlı mahnısının musiqi klipi "həddən artıq ədəbsizlik" səbəbindən barəsində istintaq başlanmasına gətirib çıxarıb.
Diskoqrafiya
EP'ləri
Molly Mo Music (2021) Latin Virgin (2023)
Albomları
Rahat Music (2026)
Mükafatları İlMükafatKategoriyaNamizədSonuç2023Altın Palmiye Ödülleriİlin Qadın Rep SənətçisiAlizadeQazandı2024Altın Kelebek ÖdülleriƏn Yaxşı Rep SənıtçiAlizadeNamizəd göstərildi
İstinadlar
Kateqoriya:Rusiya repçiləri Kateqoriya:Azərbaycan repçiləri Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:Türkiyə repçiləri