Simit Sarayı 2002-ci ildə İstanbulda qurulmuş Türkiyə mərkəzli ərzaq şirkəti. 2010-cu ildə ilk beynəlxalq mağazasını Niderlandda açdı. 2012-ci ildə Səudiyyə Ərəbistanında həm bir çörək fabriki, həm də mağaza qurdu.

2025-ci il etibarilə şirkət dünyanın 22 ölkəsində 426 mağaza idarə edir.

2017-ci ildə şirkətin 10%-i təxminən 100 milyon ABŞ dolları qarşılığında Səudiyyə əsaslı Fawaz Alhokair Qrupuna satıldı. 2019-cu ilin dekabr ayında şirkətin 51%-nin Ziraat Venture Capital tərəfindən satın alınacağı elan edildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə şirkətləri