thumb|Musiqi alətlərinin qədim emalatxanası
Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir .
Növləri Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.
1) Səsçıxarma imkanlarına görə Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür: Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas; Dartımlı alətlər – arfa; Mizrablı alətlər - tar, saz; Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir . Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.
Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur . Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, qoboy, klarnet, faqot və s.
Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir. Növləri: klavişli-zərbi alətlər: fortepiano; pnevmatik-klavişli alətlər: akkordeon, qarmon;
2) Alətlərin səslənmə registrinə görə növləri: bas alətlər, soprano alətlər, tenor alətlər.
3) Alətlərin quruluşuna görə növləri: natural alətlər, transpozisiyalı alətlər.
Çalğı alətləri Azərbaycan musiqisində Müxtəlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb alətləri mövcuddur. Azərbaycan xalq musiqi alətləri: Simli musiqi alətləri: tar, saz, ud, tənbur (mizrablı alətlər); kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər); səntur, sevəndər (simli-zərbi alətlər) və s. Nəfəs alətləri: zurna, tütək, ney, balaban və s. Zərb alətləri: nağara, qoşanağara, qaval, dəf və s.
Həmçinin bax Barbitos
İstinadlar
Xarici keçidlər İfaçılıq sənəti və onu yaşadan amillər 10 qramlıq musiqi aləti Tovuz sakinindən qeyri adi ixtira