Fəthiyə məscidi (; ) — Yunanıstanın Afina şəhərinin mərkəzində yerləşən XVII əsrə aid Osmanlı məscidi. 1834-cü ildə Yunanıstanın müstəqilliyindən sonra yenidən istifadəyə verilmiş bina yararsız hala düşdüyündən, 2017-ci ildə təmirdən sonra ictimaiyyət üçün yenidən açıldı və hazırda binadan mədəni sərgilər üçün istifadə olunur. Tarixi Fəthiyə məscidi Afinadakı Qədim Roma aqorasının şimal tərəfində, Küləklər qülləsinin yaxınlığında yerləşir. Yunan mənbələrinə görə, bina Orta Bizans dövrünə (VIII-IX əsrlər) aid xristian məbədi olan bazilikanın xarabalıqları üzərində inşa edilmişdir. Xristian kilsəsi olan bina, Osmanlıların Afina hersoqluğunu fəth etməsindən dərhal sonra, Fateh Sultan Mehmedin 1458 və ya 1456-cı illərdə şəhərə səfəri zamanı məscidə çevrilib.Lakin türk tarixçisi Səmavi Əyicə məscidin tikilmə tarixinin məlum olmadığını, məscidin kilsədən çevrildiyi haqqında məlumat vermir.Semavi Eyice, TDV İslâm Ansiklopedisi, cilt: 12, sayfa: 458-459 1668-1670-ci illər arasında sökülərək yerinə tikilən yeni binadan yalnız bir parça mehrab qalıb. Yeni məscid, eyvan və dörd sütunla dəstəklənən günbəzlə əhatə olunmuş geniş düzbucaqlı formalı əsas zaldan ibarətdir. Beş tağla dəstəklənən eyvanı hər biri yan divarlar və dörd mərkəzi sütunla dəstəklənən kiçik bir günbəzlə örtülmüşdür. Osmanlı imperiyası dövründə ümumiyyətlə "Buğda bazarı məscidi" kimi tanınırdı. 1684-1699-cu illərdə davam edən Türkiyə-Venesiya müharibəsi dövründə Venesiya qüvvələri tərəfindən şəhərin qısa müddətli işğalı zamanı məscid venesiyalılar tərəfindən Dionisi Areopagitin şərəfinə tikilmiş katolik kilsəsinə çevrildi. thumb|left|Məscidin 1830-cu ildəki görünüşü Yunanıstan İstiqlaliyyət müharibəsinin başlamasından sonra, 1824-cü ildə artıq istifadəsiz qalan məscid Filomosos Eteri tərəfindən məktəb kimi istifadə edilmişdir. Müharibə qurtardıqdan qısa müddət sonra məscidin minarəsi söküldü. XX əsrin əvvəllərindən bəri, əsasən Afina Aqora və Akropolunda qazıntılardan tapılan müxtəlif artefaktlar üçün saxlama yeri kimi istifadə edilmişdir. Məsciddən müxtəlif dövrlərdə həbsxana, çörək sexi, kazarma və un anbarı da daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edilmişdir. 1935-ci ildə məscidin sökülməsi planlaşdırılırdı, lakin bu plan Türkiyə hökumətinin təşəbbüsü ilə ləğv edildi. 1963-2011-ci illər arasında arxeoloji qazıntılardan əldə edilmiş artefaktların anbarı kimi istifadə edilmişdir. O zamankı Baş nazir Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Georgies Papandreudan məscidin bərpası üçün edilən xahiş təsdiqləndi və məscidin bərpası 2017-ci ildə tamamlandı.
Qalereya
Həmçinin bax Yunanıstanda islam İstinadlar
Ədəbiyyat
Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:İslam