Teropodlar (Theropoda /θɪəˈrɒpədə/; qədim yunanca θηρίο- ποδός [θηρίον, (therion) "vəhşi canlı"; πούς, ποδός (pous, podos) "ayaq"]) — Ümumiyyətlə teropodlar kimi tanınan, boş sümüklər və hər ətraflarında üç barmaq və dırnaq ilə xarakterizə olunan mövcud dinozavr kladı.

Təsnifat

Teropodlar ümumiyyətlə kələzçanaqlı dinozavrlar qrupu kimi təsnif edilir. Onlar əcdadlarına görə əsasən ətyeyən olsalar da, bir sıra teropod qrupları otyeyən və hətta hər şey yeyən canlılara çevrilmişdir. Teropodlar ilk dəfə Trias dövrünün Karniyan mərhələsində, təxminən 231,4 milyon il əvvəl meydana çıxmışdır və Erkən Yura dövründən Təbaşir dövrünün sonuna qədər (təxminən 66 milyon il əvvəl) böyük quru yırtıcılarının əksəriyyətini təşkil edirdi. Yura dövründə quşlar kiçik ixtisaslaşmış selurozavr teropodlardan təkamül etmişdir və bu gün təxminən 11.000 müasir növ ilə təmsil olunur.

Xüsusiyyətlər

Teropodların sinapomorfiyaları (ümumi əcdad xüsusiyyətləri) qrupun tərkibinə daxil olan taksonlara əsasən müxtəlif şəkildə təklif edilmişdir. Məsələn, Pol Serenonun 1999-cu ildə apardığı araşdırmaya görə, teropodlar ekzopteriqoid fossa (ekzopteriqoid sümüyü ətrafında çökək), alt çənədə yerləşən intramandibulyar oynaq və sümüklərdə daxili boşluqlar kimi xüsusiyyətlərlə xarakterizə olunur. Lakin, "Herrerasaurus" kimi taksonlar teropod olmaya biləcəyi üçün bu xüsusiyyətlər erkən sauriskianlar arasında daha geniş yayılmış ola bilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Dinozavrlar Kateqoriya:Təbaşir dövrü dinozavrları Kateqoriya:Trias dövrü dinozavrları Kateqoriya:Yura dövrü dinozavrları