London İmperial Kolleci () — Böyük Britaniyada Cənubi Kunsinqtonda yerləşən ali təhsil müəssisəsi; London Universitetindən 2007-ci ildə ayrılaraq, özünün 100 illik yubileyində kollec müstəqil universitet statusu qazanıb.

Tarix 1907-ci ildə iki kollec - Kral Elm Kolleci və Kral Mədən Məktəbi birləşərək London İmperial Kolleci yaradıldı. 1910-cu ildə Şəhər və Gildiyalar fondu adlı təhsil təşkilatı da kollecə birləşdi.

1988-ci ildə Müqəddəs Məryəm Xəstəxanası Tibb Məktəbi, daha sonra Çarinq Kross və Vestminster Tibb Məktəbi ilə birləşərək İmperial Kollecinin Tibb Bölməsi yaradıldı. 2003-cü ildə rəsmi olaraq Kraliça II Yelizaveta tərəfindən İmperial Biznes Məktəbinin açılışı oldu. Beləliklə London Universitetinin tərkib hissəsi olan İmperial 2007-ci ildə müstəqil bir universitetə çevrildi.

Təşkilat və idarəetmə

Fakültələr London İmperial Kolleci dörd fakültəyə bölünür: Mühəndislik Fakültəsi, Tibb Fakültəsi, Təbiət Elmləri Fakültəsi və İmperial Biznes Məktəbi. Fakültələr isə öz növbələrində akademik şöbələrə bölünürlər.

Fənnlərarası mərkəzlər Imperial Kolleci Qlobal Çağırış institutları, İmperial Mükəmməllik Mərkəzləri və İmperial Mükəmməllik Şəbəkələri adları altında fənlərarası işləri təşviq etmək üçün mərkəzlərə ev sahibliyi edir. Təhsil müəssisəsi olaraq həmçinin bir sıra milli institutlarda tərəfdaş kimi iştirak edir.

İdarəetmə İmperialın idarəetmə orqanı Şuradır. Şura 19-27 üzvdən ibarətdir, müstəqil sədr və prezident, prorektor, baş əməliyyat direktoru, İmperial Kolleclər Birliyinin prezidenti və əlavə dörd yüksək vəzifəli işçisi mövcuddur. Həmçinin, dörd nəfərə qədər əlavə işçi (akademik heyət tərəfindən seçilmiş bir üzv, akademik heyətin təyin olunmuş bir üzvü və peşəkar xidmət heyətinin iki üzvü), İmperial Kolleclər Birliyinin bir nümayəndəsi və doqquz-on üç nəfərə qədər digər müstəqil üzv mövcuddur. Əsas şərt isə müstəqil üzvlərin (sədr də daxil olmaqla) əksəriyyəti təşkil etməsidir.

Prezident London İmperial Kollecinin ən yüksək akademik vəzifəli şəxsi və baş icraçı direktorudur. Bu vəzifəni 2022-ci ildən bəri Hyu Bredi tutur. 2024-cü il tarixinə görə provost vəzifəsində, yəni prorektor İan Uolmsli, sədr isə Vindi Banqadır.

Reytinqi + "Academic Ranking of World Universities"dəki yeri: 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 17232323232726262424242223 + "QS World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/11825667 + "Times Higher Education World University Rankings"dəki yeri:2015/162014/152013/142012/132011/122010/118910889

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıq universitetləri Kateqoriya:1907-ci ildə yarananlar Kateqoriya:London Kateqoriya:8 iyulda yarananlar Kateqoriya:Rassell qrupu Kateqoriya:London İmperial Kolleci