Pronefros (baş böyrək, ilkin böyrək; — və — ) — aşağı onurğalıların embrionlarında rast gəlinən cüt ifrazat orqanı. Yuxarı onurğalılarda, o cümlədən insanda pronefrosun rüşeymi əmələ gəlir, lakin funksional olmur.
Pronefrosun ifrazat kanalcıqları adətən vahid süzmə aparatı — damar yumaqcıqları (qlomerullar) ilə təchiz olunur. Bu damar yumaqcıqları kanalcıqların seloma açıldığı nefrotomlar adlanan qıflarının (qlafların) yaxınlığında yerləşir. Kanalcıqların digər ucları birləşərək pronefrik kanalın rüşeymini əmələ gətirir; bu kanal arxaya doğru uzanır və kloakaya açılır. İnkişaf prosesi zamanı pronefros birinci dərəcəli böyrək — mezonefros ilə əvəz olunur.
Məməlilərin nefronları ilə oxşar, lakin daha sadə quruluşa malik olduğu üçün Danio rerio (zebra balığı) balığının pronefros nefronu böyrəklərlə bağlı tədqiqatlarda, xüsusən də genetika ilə böyrək xəstəliklərinin inkişafı arasındakı əlaqəni öyrənmək üçün geniş istifadə olunur.
Pronefros ilk dəfə 1829-cu ildə alman təbiətşünası İohan Müller tərəfindən təsvir edilmişdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Development of the pronephros in zebrafish
Kateqoriya:Embriologiya Kateqoriya:Böyrəklər Kateqoriya:Sidik-cinsiyyət sisteminin embriologiyası