Qoşo Aoyama (yaponca: 青山 剛昌, hepbörn: Aoyama Gōshō; 21 iyun 1963-cü il, əsl adı Yoşimasa Aoyama) — Yaponiyalı manqa rəssamı. Ən çox "Bağlı İş" (Detektiv Konan, 1994-cü ildən bu günə qədər) manqa seriyası ilə tanınır.
Təhsil həyatı
Aoyama hələ erkən yaşlarından rəsm çəkməkdə istedadlı idi. İbtidai məktəbdə onun,"Yukiai Müharibəsi" adlı rəsmi bir yarışda qalib gəldi və "Tottori Daimaru" univermağında nümayiş etdirildi. Onun, alim olan böyük bir qardaşı var və "Bağlı İş"dəki "hiylələrdə" ona kömək edir. Onun, həkim olan başqa bir qardaşı da var. Aoyama "Yuraykuei Liseyi"ni bitirdikdən sonra Tokioda "Nihon Universiteti İncəsənət Kolleci"nə daxil olub. 1986-cı ilin qışında Aoyama birinci kurs tələbələri üçün komiks müsabiqəsində qalib gəldi. İncəsənət tələbəsi olarkən, Aoyama "Tokyo Disneyland"-də qismən işləyirdi və burada "Karib dənizinin quldurları" üçün fonlar çəkirdi.
Karyera
Aoyama manqa rəssamı kimi debütünü 1987-ci ilin qışında "Weekly Shōnen Sunday" jurnalında nəşr olunan "Chotto Mattete" ilə etdi. Bundan qısa müddət sonra o, həmin jurnalda "Magic Kaito"ya başladı. "Magic Kaito"nun baş qəhrəmanı "Kaito Kuroba" daha sonra "Bağlı İş"də göründü. 1988-1993-cü illər arasında Aoyama 24 cild davam edən "Yaiba" seriyasını yaratdı. Daha sonra o, "Third Baseman No.4" və "Gosho Aoyama's Collection of Short Stories" kimi tək cildlik digər manqa seriyalarını buraxdı. Aoyama həmçinin 1994-cü il video oyunu "Live A Live"ın "Edo Yaponiyasının Alatoran Çağı" fəslinin personajlarını dizayn etdi. Aoyama, "Bağlı İş"in seriallaşdırılmasına "Weekly Shōnen Sunday"də 19 yanvar 1994-cü ildə başladı. Seriya ilk dəfə ingilis dilində yayımlananda, ona "Bağlı İş" adı verildi.
İstinadlar
Xarici keçidlər
Gosho Aoyama Manga Factory (Official English website)
Kateqoriya:1963-cü ildə doğulanlar Kateqoriya:21 iyunda doğulanlar Kateqoriya:Yaponiyada doğulanlar Kateqoriya:Tottori prefekturasında doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Manqakalar Kateqoriya:Yaponiya yazıçıları Kateqoriya:Yaponiya prodüserləri Kateqoriya:Nihon Universitetinin məzunları