Yenə də böyüyəcəklər (; kidevats daizrdebian) — Tbilisi şəhərini Azərbaycan və Ermənistan ilə birləşdirən avtomobil magistralının yaxınlığında, Marneuli şəhərinin girişində yerləşən abidə. Abidə 1975-ci ildə II Dünya müharibəsində qələbənin 30 illiyi münasibətilə açılmışdır. Müəllifi Merab Berdzenişvilidir.

Abidə xüsusi olaraq hamarlanmış sahədə yerləşmişdir və əsas yoldan aydın şəkildə görünməkdədir. Platformanın səthi qara mərmər plitələrlə üzlənmişdir. Onun üzərində ucaldılmış abidənin hündürlüyü 13,48 metrdir. Üç fiqurdan ibarət kompozisiya vətənpərvərlik mövzusu əsasında yaradılıb.

Kompozisiyada ön planda bir qadın təsvir edilmişdir. Onun qarşısında iki azyaşlı oğlan uşağı dayanmışdır. Qadın, övladlarını vətən üçün böyüdən ananın ümumiləşdirilmiş simvolu kimi təqdim olunmuşdur. Uşaqların əllərində tutduqları iri qılınc, onların vətəni müdafiə etməyə mənəvi hazır olduqlarını ifadə etməkdədir. Ananın jesti — bir qədər irəli uzadılmış əlləri və uşaqların əlindəki qılıncla birləşərək, kompozisiyanın bütövlüyünü təmin etmişdir.

2017-ci ildə abidə mədəni irs statusu alıb. İstinadlar

Kateqoriya:Gürcüstan abidələri