Nəsirzadə ticarət evi və ya Haşimimehr evi — Qacarlar dövründə Təbrizdə tikilmiş ticarət evi, tarixi abidə. Bina Şərqi Azərbaycan ostanında özəlləşdirilmiş və bərpa olunmuş ilk tarixi binadır. Ticarət evi Nəsirzadə qardaşları tərəfindən XIX əsrdə tikilib və onlar bu binada tütün satışı ilə məşğul olublar. Binanın ümumi ərazisi 600 kvadrat metr həyəti isə 800 kvadrat metrdir.

Bina 33450 nömrəsi ilə tarixi abidə kimi qeydə alınıb. Tarixi bina İbrahim Haşimimehr tərəfindən özəlləşdirilib və bərpa olunub. Tarixi binada muzey və xalça qalereyası yaradılıb. 2021-ci ildə binanın açılış mərasimi baş tutub.

Şəkilləri

İstinadlar

Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbriz muzeyləri Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr