Beş Göz (, FVEY) — Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının qoşulduğu kəşfiyyat ittifaqı.
Bu dövlətlər elektron kəşfiyyat sahəsində birgə əməkdaşlığı nəzərdə tutan UKUSA çoxtərəfli sazişinin iştirakçılarıdır.
Tarixi FVEY-in mənşəyi İkinci Dünya müharibəsinin ilk illərinə, müttəfiqlərin müharibədən sonrakı dünyada öz məqsədlərini əks etdirdikləri Atlantika xartiyasının buraxıldığı dövrə qədər izlənilə bilər. Soyuq müharibə illərində ECHELON müşahidə sistemi ilkin olaraq Sovet İttifaqı və Şərqi Avropadakı rabitə kanallarına nəzarət etmək üçün FVEY tərəfindən hazırlanmışdı, hazırda isə bütün dünyada fərdi şəxslərin rabitə əlaqələrinə nəzarət etmək üçün istifadə olunur.
1990-cı illərin sonlarında ECHELON-un mövcudluğu ictimaiyyətə məlum oldu və bu, Avropa Parlamentində və müəyyən qədər ABŞ Konqresində müzakirələrə səbəb oldu. "Terrorizmlə müharibə" zamanı FVEY diqqətini Ümumdünya hörümçək torunun monitorinqinə yönəltməklə, müşahidə imkanlarını genişləndirdi. Keçmiş MTA podratçısı Edvard Snouden "Beş Göz" təşkilatını "ölkələrin üzdə məlum olan qanunlarına tabe olmayan dövlətlərüstü kəşfiyyat təşkilatı" kimi təsvir edirdi. 2013-cü ildə Snouden tərəfindən yayılan sənədlər alyansın üzvlərinin bir-birinin vətəndaşlarına qarşı casusluq etdiyini və öz vətəndaşlarına qarşı qanunvericilikdə tətbiq edilən məhdudlaşdırıcı daxili nəzarət qaydalarından yan keçmək üçün toplanmış məlumatları bir-biri ilə paylaşdığını üzə çıxardı.
Beş Gözün metodları ilə bağlı davam edən mübahisələrə baxmayaraq, üzvlərin əlaqələri tarixdə məlum olan ən əhatəli casus ittifaqlarından biri olaraq qalır.
Emal edilən kəşfiyyat məlumatları bir çox mənbədən toplandığı üçün məlumat mübadiləsi radioelektron kəşfiyyatla (SIGINT) məhdudlaşmır və çox vaxt hərbi kəşfiyyatı, həmçinin agentura tərəfindən aparılan kəşfiyyatı (HUMINT) və geoməkan kəşfiyyatını (GEOINT) əhatə edir.
Təşkilatlar Alyansa üzv ölkələrin aşağıdakı kəşfiyyat təşkilatları kəşfiyyat məlumatlarının mübadiləsində iştirak edir: +FVEY ittifaqının kəşfiyyat qurumlarıÖlkəXidmətAbbreviaturaKəşfiyyat növüAvstraliya Məxfi Kəşfiyyat XidmətiASISAgentura kəşfiyyatı (HUMINT)Radiotexniki mübarizə idarəsiASDRadioelektron kəşfiyyat (SIGINT)Avstraliya Təhlükəsizlik və Kəşfiyyat XidmətiASIOƏks-kəşfiyyat (Security intelligence)Avstraliya Geoməkan Kəşfiyyatı İdarəsiAGOGeoməkan kəşfiyyatı (GEOINT)Avstraliya Hərbi Kəşfiyyat İdarəsiDIOHərbi kəşfiyyat (Defence intelligence)Kanada Hərbi Qüvvələrinin Kəşfiyyat KomandanlığıCFINTCOMHərbi, geoməkan və agentura kəşfiyyatıKommunikasiyaların Təhlükəsizliyi MərkəziCSERadioelektron kəşfiyyatKanada Kəşfiyyat və Təhlükəsizlik XidmətiCSISAgentura kəşfiyyatı, əks-kəşfiyyatKanada Kral Atlı PolisiRCMPƏks-kəşfiyyatHərbi Kəşfiyyat və Təhlükəsizlik İdarəsiDDISHərbi kəşfiyyatHökumət Rabitəsi Təhlükəsizliyi XidmətiGCSBRadioelektron kəşfiyyatYeni Zelandiya Məxfi Kəşfiyyat XidmətiNZSISAgentura kəşfiyyatı, əks-kəşfiyyatHərbi KəşfiyyatDIHərbi kəşfiyyatHökumət Rabitə MərkəziGCHQRadioelektron kəşfiyyatTəhlükəsizlik XidmətiMI5Əks-kəşfiyyatMəxfi Kəşfiyyat XidmətiMI6, SISAgentura kəşfiyyatıMərkəzi Kəşfiyyat İdarəsiCIAAgentura kəşfiyyatıABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsiDIAHərbi kəşfiyyatFederal Təhqiqat BürosuFBIƏks-kəşfiyyatMilli Geoməkan Kəşfiyyatı AgentliyiNGAGeoməkan kəşfiyyatıMilli Təhlükəsizlik AgentliyiNSARadioelektron kəşfiyyat
Qalmaqallar 24 sentyabr 2023-cü ildə ABŞ-nin Kanadadakı səfiri Devid Koen bildirib ki, alyans Hindistan hökumətinin kanadalı siqh fəalın öldürülməsində mümkün iştirakı ilə bağlı iddiaları dəstəkləmək üçün Kanadanın baş naziri Castin Trüdoya məlumat ötürüb.
İstinadlar
Kateqoriya:Kəşfiyyat və əks kəşfiyyat idarələri Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Kəşfiyyat əməliyyatları Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti