Rafiq Danakari — Azərbaycan din xadimi və müəllimi, Alban-Udi kilsəsinin sədr müavini (2003-cü ildən), Xudavəng monastırının vaizi (2020-ci ildən bəri).

Həyatı 1955-ci ildə Qəbələnin Nic qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Azərbaycan İqtisad Universitetində təhsil almış, uzun müddət ixtisası üzrə işləmişdir. 1995-ci ildə Norveç Humanitar Müəssisəsinin işçilərinin qəsəbədə İncil paylaması nəticəsində müqəddəs kitabı oxuyaraq dinə daha da bağlanmışdır. 2003-cü ildə Alban-Udi kilsəsinin yaranmasından sonra din sahəsində fəaliyyət göstərmişdir.

Robert Mobili və Rafiq Danakari özlərini Alban kilsəsinin ruhaniləri adlandırırlar və müvafiq ruhani paltarları geyinirlər. Buna cübbə, xalat və kamilavka (baş geyimi), həmçinin orijinal dizaynlı döş xaçları daxildir. Mobilinin və onun müavininin kim tərəfindən və nə vaxt keşişliyə təyin edildiyi bilinmir. Xristian udi uşaqları üçün dini təhsil Müqəddəs Yelisey Kilsəsində aparılır. Dərslər udi dilində, Robert Mobili ve Rafik Danakari tərəfindən keçirilir. 14 iyul 2013-cü ildə isə Alban-Udi kilsəsi vəftiz ənənəsini dirçəltmiş, ilk dəfə olaraq, Robert Mobili və Rafiq Danakari Yeva adlı bir qızı xaç suyuna salmışdır.

2020-ci ilin 5 dekabrında Danakari Xudavəng monastırına vaiz təyin olunmuşdur. Danakari Xudavəng monastırının kilsələrindən birində bazar günü xidməti təşkil etməyə başlamışdır.

Danakari 2020-ci ildən sonra Azərbaycanın nəzarətinə keçən Qarabağın və Şərqi Zəngəzurun kilsələrini və monastırlarını ziyarət etmiş, Kəlbəcər və Laçın rayonlarının monastırlarında Azərbaycanın Vətən müharibəsi şəhidlərinə dua oxumuşdur.

Ailəsi Ailəlidir, 3 övladı, 7 nəvəsi var. O, bir keşiş kimi ailəsi ilə hamıya nümunə olmağa çalışır.

İstinadlar

Ədəbiyyat Afandiyev, Nizami. "Geçmişten Günümüze Azerbaycan Alban Udi Halkının Hristiyanlık Serüveni". Şırnak Üniversitesi İlahiyat Fakültesi Dergisi 10/22 (Haziran 2019), 197–216. https://doi.org/10.35415/sirnakifd.542089. П. В. Бочков. К вопросу о конфессиональной идентичности христиан-удин в Армении, Азербайджане и России // Христианство на Ближнем Востоке. — 2023. — № 2. — doi:10.24412/2587-9316-2023-00180.

Kateqoriya:Alban-Udi din adamları