Psilopogon rubricapillus (Qırmızıalınlı barbet) — Həmçinin "Şri-Lanka barbeti" adı ilə tanınan, Şri-Lankaya endemik olan Asiya barbeti növü. Bu quş tropik rütubətli ovalıq meşələrində, dəniz səviyyəsindən 1,300 m (4,300 fut) yüksəkliyə qədər olan ərazilərdə yaşayır.
Təsvir
"Psilopogon rubricapillus"un əsasən yaşıl lələk örtüyü və qanadları var, baş və boynun yan tərəfində mavi zolaq və gözün arxasında qara aypara formasında ləkə var. Uzunluğu 15 sm (5,9 düym), qısa boynu, böyük başı və qısa quyruğu var. Meyvə və həşəratlarla qidalanır və ağac deşiklərində yuva quraraq 2-4 yumurta qoyur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Cənubi Asiya faunası