Siyəru Aləmin-Nubəla () — Zəhəbinin mühəddislər başda olmaqla tanınmış şəxslər haqqındakı kitabı.
Müəllif
Əsərin müəllifi hədis hafizi və tarixçi Zəhəbidir.
Əsər Əsər 14 cilddən və 7000-ə yaxın bioqrafiyadan ibarətdir.
Əsər Məhəmmədin yaşadığı dövrdən 1301-ci ilə qədər olan dövrü əhatə edir.
Əsərdə Əndəlüsdən Çinə qədər uzanan İslam coğrafyasında hər sahənin ən məşhur şəxsləri cəmlənmişdir. Bunlara xəlifələr, məliklər, sultanlar, əmirlər, vəzirlər, qazılar, qiraət alimləri, mühəddislər, fəqihlər, ədəbyyatçılar, lüğətçilər, qrammatiklər, şairlər, dinlər tarixçiləri, kəlamçılar, filosoflar və digər şəxslər aiddir. Ancaq bioqrafiyası verilənlərin böyük əksəriyyətini mühəddislər təşkil edir.
Əsərin digər adları bunlardır: Kitabün-Nubəla, Əyanün-nubəla, Əlamün-nubəla, Siyərün-nubəla, Tarixün-nubəla və Tarixul-üləmain-nubəla.
Nəşrlər Əsərin ilk 3 cildi Qahirədə nəşr edilmişdir.
Əsərin 5925 bioqrafiyalıq nüsxəsi isə 1988-ci ildə Küveytdə nəşr olunmuşdur. Bu nəşr 3-cü ciltdən başladığı və əlyazma nüsxələri tapılmadığına görə 660-700 illəri arasındaki bioqrafiları əhatə etdiyi üçün natamam qəbul edilmişdir.
Əsəri tamamlamaq üçün on yeddi ciltlik yeni bir təhqiq 1997-ci ildə Beyrutda nəşr edilmişdir.
İstinadlar
Kateqoriya:Sünni ədəbiyyatı