Timişoara Pravoslav kafedralı (rumınca: Catedrala Ortodoxă) — Həmçinin Metropoliten Kafedralı (rumınca: Catedrala Mitropolitană) kimi də tanınan, Timişoara şəhərində yerləşən Rumın Pravoslav kilsəsi. Kafedral, Timişoara Arxiyepiskopluğunun və Banat Metropoliyasının mərkəzidir. Üç Müqəddəs İyerarxa, Böyük Vasili, İlahiyyatçı Qriqori və İoann Zlatousta həsr olunmuşdur.

Tarix

Kafedralın tarixi, 28 iyul 1919-cu ildə Banatın Rumıniya ilə birləşdirilməsi ilə sıx bağlıdır. Yeni Rumıniya administrasiyası, əvvəlki Avstriya-Macarıstan administrasiyası tərəfindən diqqətdən kənarda qalan və yalnız Katolik dininə üstünlük verən Pravoslavlığı təşviq etmək üçün bir sıra tədbirlər gördü. Beləliklə, Timişoara Yepiskopluğu yaradıldı, 1939-cu ildə arxiyepiskopluq dərəcəsinə yüksəldildi və 1947-ci ildə Banat Metropoliyası təsis edildi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avropa kilsələri Kateqoriya:1930-cu illərin memarlığı Kateqoriya:Kafedrallar Kateqoriya:Günbəzli kilsə binaları