thumb|Sağlamlıq çubuğu — personajın sağlamlıq səviyyəsini göstərən mümkün bir təsvir Sağlamlıq — rol və videooyunlarda obyektin ala biləcəyi maksimum zərərin miqdarını təmsil edən anlayış. Cari sağlamlıq xalları sıfıra çatdıqda obyekt məhv olur və ya şüurunu itirir. Belə obyektlər oyunçu tərəfindən idarə olunan personaj, düşmənlər və ya bosslar ola bilər. Həmçinin, oyunlarda sağlamlıq xallarına oyun xəritəsinin dağıdıla bilən hissələri, predmetlər, nəqliyyat vasitələri, döyüş maşınları və onların ayrı-ayrı hissələri də sahib ola bilər.
Videooyunlarda sağlamlıq xalları müxtəlif yollarla göstərilə bilər. Bunlara 50/100 kimi kəsr formatı (burada payı cari xalları, məxrəci maksimum sağlamlıq xallarını göstərir), vizual forma, sağlamlıq sayğacı və ya ürək formasında olan kiçik ikonalar, akustik siqnallar və digər üsullar aiddir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Videooyun terminologiyası Kateqoriya:Rol oyunu terminologiyası