Parisdəki Amerikan kafedralı (fransızca: Cathédrale Américaine de Paris) — Rəsmi adı ilə Müqəddəs Üçlük Kafedral kilsəsi, Parisdəki ən qədim ingilisdilli kilsələrdən biri. Avropadakı Episkopal Kilsələrin Konvokasiyası üçün toplanma kilsəsi olan bu kilsə, dünya üzrə Anglikan Birliyinin bir hissəsidir. Kilsə, Paris'in mərkəzində, Şanzelize və Sena çayı arasında, 8-ci bölgədə (arrondissement) V Corc prospekti 23-də yerləşir. Ən yaxın metro stansiyaları "Alma – Marso" və "George V"-dir.
Tarix
Parisdəki ingilisdilli Episkopal kilsə olan Müqəddəs Üçlük Amerikan Kafedralının kökləri 1830-cu illərə qədər uzanır. O zamanlar Amerika Episkopalları, indiki Fransa baş nazirinin rəsmi iqamətgahı olan Matinyon sarayının bağ pavilyonunda ibadət üçün bir araya gəlirdilər. Bu bina o dövrdə amerikalı mühacir Polkovnik Herman Tornun (1783–1859) evi idi. 1859-cu ildə rəsmi bir məxəz quruldu və 1864-cü ildə Ru Bayard üzərində ilk kilsə binası təqdis edildi. 1870-ci illərdə C. P. Morqanın əmisi oğlu olan Con B. Morqan, Müqəddəs Üçlük Məxəzinin rektoru oldu. O, icmanın daha böyük bir kilsəyə ehtiyacı olduğuna qərar verdi və uğurlu bir ianə toplama kampaniyası başlatdı. Tikinti üçün satın alınan ərazi, o zamanlar "Avenue de l'Alma" adlanan "George V" prospektində yerləşirdi və İmperator III Napoleonun ögey qardaşı de Morninin mülkünün bir hissəsi idi. Planlar 1882-ci ilin oktyabrında təsdiqləndi və tikinti dörd ildən az bir müddətdə tamamlandı. Kilsə, ilk ibadət xidmətlərini 1886-cı ilin sentyabrında keçirdi.
İstinadlar
Xarici keçidlər Official website
Kateqoriya:Avropada Anqlikan kilsəsi kafedralları Kateqoriya:1880-ci illərin memarlığı Kateqoriya:ABŞ–Fransa münasibətləri Kateqoriya:Kilsə qaralamaları Kateqoriya:Memarlıq tarixi Kateqoriya:Parisdəki kafedrallar