Müqəddəs Məryəm kilsəsi () — Ştralzund şəhərində yerləşən ən böyük Lüteran kilsəsi. Tarixi Müqəddəs Məryəm kilsəsi 1380-ci ildən əvvəl inşa edilmişdir və şimali Almaniya və Baltik dövlətlərində yayılmış Kərpic Qotikası üslubunun əla nümunəsini təqdim edir. 151 metr hündürlüyü ilə 1549-1647-ci illər arasında dünyanın ən hündür binası olmuşdur. Yalnız 1569-1573-cü illər arasında Bove kafedralının qülləsi tamamlandıqdan və sonradan uçduqdan sonra bu titulunu itirmişdir. Ştralzundun tarixi mərkəzinin bir hissəsi kimi tanınan kilsə, 2002-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Zəng qülləsi 1382-ci ildə uçdu və 1478-ci ilə qədər yenidən quruldu. 1495-ci ildə şiddətli bir fırtına zamanı qüllə uçdu və daha sonra daha hündür şəkildə yenidən inşa edildi. 1647-ci ildə ildırım düşməsi nəticəsində yanaraq məhv oldu və 1708-ci ildə tamamlanan barokko üslublu günbəz ilə yenidən quruldu. Bu gün görülən qüllə 104 metr hündürlüyündədir.

1653-1659-cu illər arasında Fridrix Ştellvaqen tərəfindən inşa edilən əsas orqan, Avropanın məşhur böyük barokko orqanlarından biridir. Qalereya

İstinadlar

Ədəbiyyat Wolfgang Clasen: St. Marien zu Stralsund und der Kirchenbau der Spätgotik im norddeutschen Backsteingebiet. (Diss. ms.), Marburg 1947 Silke Freier: Friedhof und Denkmal am Neuen Markt in Stralsund. in: Heimathefte für Mecklenburg und Vorpommern. 7. Jg. 1 (1997), 51-53 Antje Grewolls: Die Kapellen der norddeutschen Kirchen im Mittelalter. Architektur und Funktion., Kiel 1999 Ernst von Haselberg (Bearb.): Die Baudenkmäler des Regierungsbezirks Stralsund. Heft V. Der Stadtkreis Stralsund (Die Baudenkmäler Der Provinz Pommern, Erster Theil), Stettin 1902. Hellmuth Heyden: Die Kirchen Stralsunds und ihre Geschichte. Berlin 1961 Ralf Lusiardi: Stiftung und Gesellschaft. Religiöse und soziale Aspekte des Stiftungsverhaltens im spätmittelalterlichen Stralsund. (Stiftungsgeschichten, Bd.2), Berlin 2000 Walther Jahn: Die Marienkirche, Stralsund 1930. Silke Kossmann: Die Marienkirche in Stralsund und ihre Nachfolge in Mecklenburg und Pommern. Thomas-Helms-Verlag, Schwerin 2005. ISBN 3-931185-70-2. Nikolaus Zaske: Die gotischen Kirchen Stralsunds und ihre Kunstwerke. Kirchliche Kunstgeschichte von 1250 bis zur Gegenwart. Berlin 1964.

Xarici keçidlər

European Route of Brick Gothic Сайт общины церкви Святой Марии в Штральзунде Мариенкирхе. Фоторепортаж DW

Kateqoriya:Almaniyada qotik memarlıq