Şah Cahan məscidi (urdu: شاہ جہاں مسجد, sindhicə: مسجد شاهجهاني،, farsca: مسجد شاهجهان) — Həmçinin Təttanın Came məscidi (urdu: جامع مسجد ٹھٹہ, sindhicə: شاھجھاني مسجد ٺٽو) kimi də tanınan, Pakistanın Sind əyalətinin Tatta şəhərinin cümə məscidi kimi xidmət edən XVII əsrə aid bir bina. Məscid Cənubi Asiyada ən mürəkkəb kafel işi nümayişinə malik hesab olunur və həmçinin Moğol dövrü məscidləri üçün qeyri-adi bir dekorativ element olan həndəsi kərpic işi ilə də diqqət çəkir. Məscid, şəhərə minnətdarlıq əlaməti olaraq onu bağışlayan Moğol imperatoru Şah Cahanın dövründə inşa edilmişdir və Şah Cahanın məscid dizayn edilməzdən qısa müddət əvvəl Səmərqənd yaxınlığındakı yürüşlərinin əks-sədası olan Orta Asiya memarlığından güclü şəkildə təsirlənmişdir.
Yerləşmə
Məscid, Sindin paytaxtının yaxınlıqdakı Heydərabad şəhərinə köçürülməzdən əvvəl XVI və XVII əsrlərdə Sindin paytaxtı olan şərqi Tattada yerləşir. YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Makli nekropolunun yaxınlığında yerləşir. Ərazi Kəraçidən təxminən 100 kilometr (62 mil) məsafədədir.
İstinadlar
Xarici keçidlər
Video of the Shah Jahan Mosque, Thatta Oriental Architecture – Shah Jahan Mosque
Kateqoriya:Pakistan məscidləri Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:Moğol memarlığı Kateqoriya:1640-cı illərin memarlığı Kateqoriya:Memarlıq Kateqoriya:İslam