Amaarae (tam adı: Ama Serva Cenfi; ) — Qana-ABŞ müğənnisi və bəstəkarı. Yaradıcılığında pop, R&B, afrobits və alte üslublarını birləşdirir. 2017-ci ildə "Passionfruit Summers" () adlı ilk minialbomunu buraxıb. Bu albomdan əvvəl yerli musiqiçilərlə birgə işləyib və bir neçə mahnı yazdırıb.
Amaarae 2020-ci ildə "The Angel You Don't Know" () adlı ilk albomunu buraxıb. "Sad Girlz Luv Money" () mahnısı Moliyin iştirakı ilə "TikTok" platformasında yayılıb. 2021-ci ildə Kali Uçisin iştirakı ilə mahnının yeni versiyası beynəlxalq musiqi hit-paradlarına daxil olub. "Pitchfork" musiqi portalı albomu 2020-ci ilin 19-cu ən yaxşı albomu seçib.
İfaçı 2023-cü il iyunun 9-da ikinci "Fountain Baby" albomunu təqdim edib.
Erkən illəri Amaarae Ama Bavua və Kvado Boatenqa Cenfinin övladı olaraq Nyu-York şəhərinin Bronks rayonunda anadan olub. Atlanta, Nyu-Cersi və Qananın paytaxtı Akkra şəhərləri arasında tərbiyə alıb. İki övladdan böyüyüdür. İlk musiqi əsərini 13 yaşında qələmə alıb. Yeniyetməlik dövründə musiqi videolarını izləyib. Kelis adlı ifaçının "Young, Fresh n' New" () əsərinin videomaterialı ona təsir göstərib.
O, orta məktəbdə miksteyplar hazırlayırdı. 17 yaşında musiqi studiyasında təcrübəçi işləyib. Ali təhsil müəssisəsində ingilis ədəbiyyatı öyrənərkən vokal təhsili alıb və mahnı müəllifliyi bacarıqlarını inkişaf etdirib. 2017-ci ilin iyununda Qanaya geri dönüb.
Diskoqrafiya Studiya albomları The Angel You Don't Know (2020) Fountain Baby (2023) Black Star (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri