Lola Emili Meri Yanq () — İngiltərə müğənnisi. 2024-cü ildə yayımladığı "Messy" () sinqlı "UK Singles Chart"da birinci yerə çatıb. Müğənni 2024-cü ildə "This Wasn't Meant for You Anyway" () və 2025-ci ildə "I'm Only F**king Myself" () adlı studiya albomları daxil olmaqla üç albom buraxıb.

L. Yanq 2021-ci ildə "Brit" mükafatının "Yüksələn ulduz" nominasiyasına, 2025-ci ildə "Ən yaxşı pop ifaçı" nominasiyasına namizəd olub və 2022-ci ildə BBC-nin "İlin səsi" sorğusunda dördüncü yeri tutub. 2025-ci ildə "Ayvor Novello" mükafatına layiq görülüb.

Erkən illəri Lola Emili Yanq London şəhərinin Bekenhem bölgəsində yamaykalı-çinli ata və ingilis anadan doğulub. İbtidai təhsilini Bekenhemdə Balqovan məktəbində alıb. Orta təhsilini Kinqsdeyl Təməl Məktəbində davam etdirib. Sonra musiqi və səhnə sənəti üzrə ixtisaslaşmış Kroydon şəhərindəki BRIT Məktəbinə daxil olub. Musiqiyə marağının formalaşmasında ailə mühiti mühüm rol oynayıb. Ögey atası professional bas-gitara ifaçısı olub. Anası da onun musiqi təhsilinə xüsusi diqqət yetirib. Qoca xala/bibisi, məşhur uşaq yazıçısı Culiya Donaldson "Qruffalo" kitabının müəllifidir. Yaradıcılığının inkişafında qoca xala/bibisinin də təsiri olub. Altı yaşından piano və gitara çalmağı öyrənməyə başlayıb, eyni zamanda vokal dərsləri alıb. On bir yaşında artıq müstəqil mahnı bəstələməyə başlayıb.

Şəxsi həyatı On yeddi yaşında ona şizoaffektiv pozuntu və DÇHP diaqnozları qoyulub. Səs telləri kistlərindən əziyyət çəkməsi vokal ifalarına təsir edib, bu səbəbdən konsertlərinin bir qismi təxirə salınıb. 2025-ci ildə biseksual olduğunu bəyan edib. 2024-cü ilin sonunda kokain asılılığından müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.

Diskoqrafiya Studiya albomları My Mind Wanders and Sometimes Leaves Completely (2023) This Wasn't Meant for You Anyway (2024) I'm Only F**king Myself (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İngiltərə müğənniləri Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:İngiltərənin əlil şəxsləri