Qrand-Joras dağı (fransız tələffüzü: [ɡʁɑ̃d ʒɔʁas]; 4,208 m; 13,806 fut) — Monblan massivində yerləşən və Fransanın Yuxarı Savoyya bölgəsi ilə İtaliyanın Aosta Vadisi arasında sərhəddə olan bir dağ. Dağın ən yüksək zirvəsi olan Point Uolker, 30 iyun 1868-ci ildə Horas Uolker və bələdçilər Melxior Andereq, Yohann Caun və Culyen Grenc tərəfindən fəth edilmişdir. Dağın ikinci ən yüksək zirvəsi olan Point Uimper (4,184 m; 13,727 fut) isə ilk dəfə 24 iyun 1865-ci ildə Edvard Uimper, Kristian Almer, Mişel Kro və Franz Biner tərəfindən, indi normal yürüş marşrutu kimi istifadə edilən və 1868-ci ildə Uolker qrupunun izlədiyi yolla fəth edilmişdir.

Zirvə silsiləsi

Kol des Hirondelles-dən başlayan zirvə silsiləsi, Pt. Uolkeri digər zirvə nöqtələrinə birləşdirir və daha sonra Kol des Qrand-Joras-a enir ki, burada Bivouak E Kanzio sığınacağı yerləşir. Silsilə Fransa-İtaliya sərhədini təşkil edir və demək olar ki, hamısı 4,000 m (13,000 fut) yüksəklikdə yerləşir.

İstinadlar

Xarici keçidlər Grandes Jorasses on French IGN mapping portal

Kateqoriya:Fransa dağları Kateqoriya:İtaliya dağları Kateqoriya:Dağ zirvəsi – dördminliklər