Bəni-Müstəliq () — Qəhtanilərə mənsub ərəb qəbiləsi.

Soy kökləri Bəni-Müstəliq Xuzaa qəbiləsinin bir qoludur. Şəcərələri Müstəliq (Cəzimə) ibn Səd ibn Əmr ibn Lühey (Rəbiə) ibn Harisə (Xuzaa) şəklindədir. Qalqəşəndinin Müstəliqin adını Hüzeymə şəklində qeyd etməsi doğru deyildir. Mənbələrdə "Müstəliq" ləqəbinin Cəziməyə səsinin gözəl və zil olmasından ötrü verildiyi qeyd edilib. Mənbələrdə həmçinin onun Xuzaa qəbiləsində müğənnilik edən ilk şəxs olduğu da qeyd edilib.

Yaşadıqları ərazi Bəni-Müstəliq ilk vaxtlar Məkkə və ətrafında yaşayırdılar. Sonra Qusay ibn Kilaba məğlub olub, şimala çəkildilər. Məkkə-Mədinə yolu üzərindəki Qudeyd adlı ərazidə məskunlaşdılar. Mədinəyə təxminən 96 mil (154.5 km) məsafədəki Fur da onlara məxsus idi. Həmçinin mühüm liman şəhəri olan Rəbiğ ətrafında, Usfanda və Rahatü-Fərvədə yaşayırdılar. Şühdə və Müreysi adlı su quyuları da onların nəzarətində idi.

İnancları Bəni-Müstəliq Hübəl, İsəf və Nailə adlı bütlərə ibadət ediblər.

Bəni-Müstəliq qəzvəsi 627-ci ildə baş vermiş bu döyüşdə Bəni-Müstəliq qəbiləsi müsəlmanlara məğlub olmuşdu. Müsəlmanların ordusu bu döyüşdən qayıdarkən yolda İfk hadisəsi baş vermişdi.

İstinadlar

Kateqoriya:Ciddə tarixi Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Ciddə