Min — Qədim Misir mifologiyasında məhsul və məhsuldarlıq tanrısı. Təsvirlərdə ereksiya olmuş yetkin kişi formasında təmsil olunan Min həm də Şərq səhrasının tanrısı hesab olunurdu.Min Egyptian god. İstifadə tarixi: 30 iyun 2026. O, kişi seksuallığı ilə əlaqələndirilib. Min məhsuldarlıq tanrısı olduğundan misirlilər hər il biçin vaxtında onun şərəfinə şənliklər, ziyafətlər təşkil edir, ondan həm əkinləri üçün, həm də özlərinin seksuallığı üçün məhsuldarlıq istəyirdilər.God Min: The Definitive Guide to the Egyptian God of Fertility, Kingship, and the Eastern Desert. İstifadə tarixi: 30 iyun 2026.

Təsviri Min antromorfik formada, başında iki lələk və tacı ilə təsvir olunur. Cinsiyyət orqanı ereksiya olmuş vəziyyətdədir.

Minin ayaqları adətən sıx formada birləşmiş, bədəni sarıq ilə sarılmış halda göstərilsə də, əlləri sərbəst görünür.Min: the most popular deity in the Eastern Desert? İstifadə tarixi: 30 iyun 2026. Sağ əlində qamçı tutur.

Min rəngli təsvirlərdə isə tünd, qarayabənzər tonlarda təsvir olunur. Güman ki, bu, Nilin gətirdiyi və məhsuldarlıqla birbaşa bağlı olan tünd rəngli çöküntülər və ya palçıq ilə bağlıdır.

Min və Hor Min tez-tez Horla dalaşır və sonda Ra ikisinin də barışmasını əmr edir.

Həmçinin bax

Anat

İstinadlar Kateqoriya:Misir tanrıları Kateqoriya:Mifologiyada tanrılar Kateqoriya:Sevgi və ehtiras tanrıları