Şakirin məscidi — İstanbulun Üsküdar ilçəsi, Qaracaəhməd qəbiristanlığının girişində yerləşən məscid. Məscidin açılışı 7 may 2009-cu ildə baş tutub. Məscid İbrahim Şakir və Semiha Şakirin xatirəsinə Semiha Şakir Vəqfi tərəfindən tikildirilmişdir.
Məscidin adı ərəbcədən "şükür" mənasını verir. Tarixi Məscidin memarı Ankaradakı Qocatəpə məscidi üzərindəki işləri və memarlıq konservasiyası işləri ilə tanınan Xosrov Tayla idi. Məscidin interyer dizayneri isə Semiha Şakirin böyük qardaşı qızı Zeynep Fadıllıoğlu olub. Qəzetlərin yazdığına görə o, ilk məscid interyer dizayneri edən qadın dizayner olub, həmçinin müasir Türkiyədə məscid dizayn edən ilk qadın olub.
Məscidin tikintisi dörd il çəkdi. Sahəsi isə 10.000 kvadratmetrdir. Hər birinin hündürlüyü 35 metr olan iki minarəsi və alüminium kompozit günbəzi vardır. Günbəzin daxilindəki yazılar Semih İrtəş tərəfindən işlənmişdir. İbadət zalının üç tərəfindəki böyük pəncərələr isə Orxan Koçan tərəfindən dizayn edilib. Akril olan minbər Tayfun Ərdoğmuş tərəfindən hazırlanıb. Dekorativ motivlər Anadolu Səlcuqlu Dövləti sənətindən götürülüb. Böyük, asimmetrik çilçıraqda Nahidə Böyükqaymaqçı tərəfindən hazırlanmışdır. "Allahın nurunun ibadət edənlərə yağış kimi düşməsi duasını əks etdirən" su damcısı şəklində şüşə kürəciklər də vardır. Qadın bölməsi xüsusilə çilçıraqın aydın görünməsi üçün nəzərdə tutulub.Strickland, Carol. "Mosque Modern." Christian Science Monitor, 3 August 2009. https://www.csmonitor.com/2009/0803/p17s01-algn.html Retrieved 25 September 2009. Həyətdəki fəvvarə Uillyam Pay tərəfindən hazırlanmışdır. Dayanacağa yaxın yerdə inşa edilən məscidin sərgi sahəsi də vardır. Məscidin memarı isə müasir dövrdə məscid dizayn edən ilk qadın hesab edilir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Sakirin Mosque, designed by Zeynep Fadillioglu - Article Blog LeMonde.fr Picture and details published in Time Magazine, USA
Kateqoriya:İstanbul məscidləri Kateqoriya:Üsküdar Kateqoriya:Günbəzli məscidlər Kateqoriya:İslam